Layihə haqqında

Uşaqların inkişafında diqqət tələb edən məqamları vaxtında görmək onların ehtiyac duyduğu dəstəyə daha erkən çatmasına kömək edir - autizm spektri və inkişaf ləngiməsi ilə bağlı valideyn fərqindəliyinin artırılmasını bu baxımdan mühüm hesab edirik. İkinci Nəfəs tətbiqini “Erkən fərqindəlik, sağlam gələcək” şüarı ilə uşaqların sağlam inkişafına kiçik, lakin faydalı töhfə vermək üçün yaratmışıq - yaşa uyğun suallar vasitəsilə valideynlər övladlarının nitq, düşünmə, ünsiyyət, özünə xidmət və hərəkət bacarıqlarını müşahidə edərək onların inkişafını daha yaxından izləyə bilirlər. Valideynlərin diqqət tələb edən əlamətlər barədə məlumatlandırılması və mütəxəssis dəstəyinə vaxtında yönləndirilməsi bu yanaşmanın əsasını təşkil edir - hər uşağın fərdi ehtiyaclarının nəzərə alındığı, ailələrin bu yolda özünü tək hiss etmədiyi bir gələcəyə töhfə vermək istəyirik. Məqsədimiz uşaqlara və ailələrinə ikinci nəfəs olmaqdır
Layihənin linki
ikincinefes.az

İkinci Nəfəs

Yaradılıb: Oct 15, 2026
Qurucu
Nurlana Asgarova
Nurlana Asgarova
Layihənin kateqoriyası
İlin rəqəmsal təhsil, sosial və sağlamlıq həlli