Layihə haqqında

Handbir — Azərbaycan sənətkarlarının əl işlərini bir platformada birləşdirən rəqəmsal marketpleysdir.Sənətkarlara verdiyimiz əsas söz: “Sən sadəcə yaradıcılığına fokuslan — geri qalan bütün problemləri biz həll edərik.”PROBLEMHəm Bakıda, həm də bölgələrdə sənətkar və kiçik sahibkarlar uzun müddət eyni problemlərdən əziyyət çəkirdi: • Onlayn mağaza qurmaq baha və mürəkkəb idi • Alıcı tapmaq çətin idi — satış əsasən tanışlar, sərgilər və sosial media mesajları ilə məhdudlaşırdı • Çoxunun kartla ödəniş qəbul etmək imkanı yox idi • Çatdırılmanı, xüsusilə bölgələrdən və xaricə, özləri təşkil etməli idilər • Alıcılar tanımadıqları ustaya etibar etməkdə çətinlik çəkirdi Nəticədə ustaların vaxtı yaradıcılığa deyil, satış problemlərinə gedirdi, bölgələrdəki istedadlar isə geniş bazara çıxa bilmirdi. HƏLLİMİZ Məhz bu problemlərdən çıxış edərək Handbir-i yaratdıq — sənətkarların satışını asanlaşdıran vahid e-ticarət həlli. Handbir satış prosesinin bütün yükünü sənətkarın üzərindən götürür: • Qeydiyyat haqqı və abunə yoxdur — komissiya yalnız uğurlu satışdan tutulur • Hazır onlayn mağaza və məhsulların peşəkar təqdimatı • Lisenziyalı bank provayderi vasitəsilə təhlükəsiz kartla ödəniş • Bakı, bütün Azərbaycan və dünya üzrə çatdırılma (Bakıda 1–5 saatlıq təcili çatdırılma daxil) • Sosial media və tematik kolleksiyalar vasitəsilə tanıtım, alıcı dəstəyiUsta sadəcə məhsulunu hazırlayır və platformada yerləşdirir — ödəniş, çatdırılma və alıcıya çatma işini Handbir həll edir. ALICI ÜÇÜN ETİMAD “Birbaşa ustadan al, kartla təhlükəsiz ödə.” Bütün satıcılar şəxsiyyət vəsiqəsi və VÖEN ilə yoxlanılır. Alıcı bir neçə sənətkarın məhsulunu bir səbətdə, vahid ödənişlə ala bilir. Ödəniş sənətkara yalnız sifariş alıcıya çatdıqdan sonra köçürülür — bu, hər iki tərəf üçün etibarlı mühit yaradır. NƏLƏR SATIRIQ Handbir-də yalnız əl işi məhsullar satılır — fabrik malı və kütləvi istehsal məhsulları platformada yoxdur. Bijuteriyadan keramikaya, ev dekorundan geyim və hədiyyələrə qədər hər məhsul ustanın öz əli ilə hazırlanır, bir çoxu isə alıcının istəyinə görə fərdiləşdirilə bilir. SOSİAL TƏSİR • Regionların inkişafı: Handbir yalnız Bakıda deyil, Azərbaycanın bölgələrində fəaliyyət göstərən sənətkar və sahibkarlara da dəstək olur. Regionlarda yaşayan ustalar heç bir əlavə infrastruktur olmadan məhsullarını paytaxtdakı və xaricdəki alıcılara çatdıra bilirlər. • Qadın sahibkarlığı: Satıcılarımızın təxminən 90%-i qadınlardır. Handbir evdən çalışan qadın sənətkarlara öz bacarığını gəlirə çevirmək və iqtisadi müstəqillik qazanmaq imkanı verir. MƏQSƏDİMİZ Azərbaycan sənətkarlarını və milli sənətkarlıq ənənələrimizi həm Azərbaycana, həm də bütün dünyaya tanıtmaq. Dünya üzrə çatdırılma sayəsində azərbaycanlı ustaların əl işləri artıq ölkə sərhədlərindən kənarda da alıcısını tapır. Hədəfimiz əl işini dayanıqlı biznesə çevirmək və yerli sənətkarlığı rəqəmsal iqtisadiyyatın tam hüquqlu hissəsinə çevirməkdir.
Layihənin linki
handbir.az

Handbir

Yaradılıb: Nov 24, 2026
Qurucu
B
Berivan Yusif
Layihənin kateqoriyası
İlin rəqəmsal biznes və e-ticarət həlli