Layihə haqqında
GeoStack Academy geodeziya, kartoqrafiya, CİS, peyk texnologiyaları, CAD, dron çəkilişi və məkan məlumatlarının analitikası üzrə ixtisaslaşmış rəqəmsal təhsil ekosistemidir. Platforma tələbəni karyera yönümü testindən başlayaraq kurs, imtahan, elektron jurnal və QR kodla yoxlanılan sertifikata qədər bir sistemdə müşayiət edir.Ekosistemə 15 kursluq kataloq (ArcGIS Pro, QGIS, AutoCAD, Civil 3D, Web GIS, Remote Sensing, SQL/PostGIS, Data Analitika – Python və s.), 6 profil üzrə 3000 suallıq karyera testi, elektron akademik jurnal, Blockly əsaslı təhsil oyunu və rəqəmsal kitabxana daxildir.«Gəl Öyrədək» təqaüd proqramı ilə 8 istiqamət üzrə 50%-ə qədər təqaüd verilir. Şirkətlər üçün korporativ təlimlər də keçirilir. Layihənin məqsədi Azərbaycanda bu sahədə Azərbaycan dilində, müasir proqram təminatına əsaslanan praktik təhsili hamı üçün əlçatan etmək və artan kadr ehtiyacını qarşılamaqdır.
Layihənin linki
geostackacademy.az
Digər linklər
karyera testi və imtahan platforması
elektron akademik jurnal
rəqəmsal kitabxana