Layihə haqqında
ExamHub.az: onlayn sınaq - imtahan və sertifikatlaşdırma platforması
Nominasiya: İlin rəqəmsal təhsil resursu
ExamHub.az Azərbaycanda imtahana hazırlığı rəqəmsal və hamı üçün əlçatan etmək məqsədilə yaradılmış onlayn təhsil platformasıdır. Platforma müəllim, şagird və imtahan iştirakçısını bir yerdə birləşdirir. Suallar müəllimlər tərəfindən hazırlanır, nəticələr dərhal müəllimə çatır, səhv cavablar isə süni intellekt köməkçisi ilə izah oluna bilir.
Platformanın dörd istiqaməti:
Tam orta təhsil. Məktəblilər üçün sinif və fənn üzrə interaktiv sınaq testləri.
Dövlət qulluğu, attestasiya və peşəkar inkişaf. Dövlət qulluğu, işə qəbul, peşə kursları, bakalavr və magistr imtahanlarına hazırlıq.
Müəllim və təlimçilər. Müəllim öz sınağını hazırlayır və şagirdlərinə link və ya kodla göndərir. Nəticələr dərhal müəllimə və admin panelinə çatır.
Beynəlxalq platforma. Xarici ölkələr üçün imtahan modulları.
Əsas imkanlar:
Nəzarət rejimi (lockdown). İmtahan zamanı başqa taba, proqrama və ya brauzer menyusuna keçid qeydə alınır. Qayda pozulduqda imtahan bloklanır və iştirakçıya bunun səbəbi göstərilir.
Sertifikatlar. Nəticəyə görə qızıl, gümüş və bürünc, həmçinin iştirak sertifikatı verilir.
Professor AI. Səhv cavabları sadə dildə izah edən süni intellekt köməkçisi.
Çoxdillilik. İnterfeys 9 dildədir: AZ, EN, RU, TR, DE, FR, IT, ZH, AR.
Vahid qeydiyyat. Bir hesabla həm imtahan iştirakçısı, həm müəllim, həm də beynəlxalq modulun istifadəçisi olmaq mümkündür.
Məlumat təhlükəsizliyi. Nəticələri yalnız iştirakçının özü, müəllimi və admin görə bilər.
Göstəricilər: platformada 300-ə yaxın qeydiyyatlı istifadəçi var, 700-dən çox sertifikat verilib, 18 000-dən çox ziyarət qeydə alınıb.
Layihənin linki
examhub.az
Digər linklər
Haqqımızda
Blog
Müəllimlər üçün
Beynəlxalq platforma
Sertifikat yoxlama
Əlaqə
Instagram
Telegram