Layihə haqqında

EVstop — Azərbaycanın ilk yerli elektrik şarj platforması. Elektromobil sürücüləri üçün mobil tətbiq, şarj operatorları üçün idarəetmə paneli və şarj cihazları ilə birbaşa əlaqə saxlayan OCPP 1.6 serveri. Hamısı Azərbaycanda, öz komandamız tərəfindən hazırlanıb. Sürücü stansiyanı xəritədə tapır, şarjı QR və ya cihaz kodu ilə başladır. Enerjini (kWh), gücü və batareya faizini canlı izləyir, şarjı tətbiqdən dayandırır və qəbzi PDF kimi alır. Ödəniş bank kartı ilə artırılan cüzdandan avtomatik çıxılır. Balans və ya sürücünün seçdiyi limit bitəndə şarj özü dayanır. Operator paneldə cihazları, sessiyaları, ödənişləri, tarifləri və xətaları real vaxtda izləyir, cihazlara uzaqdan komanda göndərir. Hesab cihazın öz sayğac göstəriciləri ilə aparılır. Platforma Azərbaycan, rus və ingilis dillərində işləyir. Tətbiqə giriş SMS kodu ilə olur, panelə admin girişi iki addımlı təsdiqlə qorunur, hər əməliyyat audit jurnalına yazılır.
Layihənin linki
evstop.az

EVstop - Your charging hub

Yaradılıb: Nov 24, 2026
Qurucu
Fikrat Mammadov
Fikrat Mammadov
Layihənin kateqoriyası
İlin innovativ texnoloji həlli