Layihə haqqında
Əlişir Ekspres-Bakıda keçən ilk kuryer oyunudur. Əlişir köhnə yan arabalı motosikletində Bakının dar küçələri ilə qapı-qapı sifariş daşıyır: təndirdən isti çörək və qutab, bazardan qarpız və kənd yumurtası, samovarda çay, bəzən də nəhəng toy tortu. Çalalarda yük dağılır, toyuqlara, qonşulara və nərd oynayanların masasına dəysən, məhəllənin hirsi artır. Oyunda 4 xəritə (Köhnə məhəllə, İçərişəhər, Bulvar, Abşeron kəndi), 3 nəqliyyat, gündəlik tapşırıqlar, qaraj və tam Azərbaycan dilində yüzlərlə gülməli səsləndirilmiş replika var. Yaxın günlərdə hekayə modu əlavə olunacaq. İnternetsiz oynanılır. Android və iOS üçün ActionLab studiyası tərəfindən hazırlanıb.
Layihənin linki
saqsin.github.io
Digər linklər
App store
Play store