Layihə haqqında
ecomealz — restoran, kafe və şirniyyat evlərinin gün sonunda satılmayan, amma hələ təzə olan yeməklərini 50–70% endirimlə "sürpriz paket" kimi satan platformadır.
Hansı problemi həll edir: hər gün atılan yemək restoran üçün itki, şəhər üçün tullantıdır. ecomealz bu yeməyi restorana əlavə gəlirə, müştəriyə isə ucuz və keyfiyyətli yeməyə çevirir.
Necə işləyir: müştəri xəritədə yaxınlıqdakı paketləri görür, birini rezerv edir və göstərilən saatda restoranda QR kodu skan etdirərək götürür. Restoran paketlərini öz panelindən özü əlavə edir və idarə edir.
İmkanlar: interaktiv xəritə, QR ilə götürmə, bir sifarişdə bir neçə paket, loyallıq balları, push-bildirişlər, qeydiyyatsız baxış, restoranlar üçün ayrıca panel və hesabatlar.
Dillər: Azərbaycan, ingilis, ərəb (sağdan sola) və türk.
Platformalar: iOS (App Store), Android (Google Play) və veb.
Təhlükəsizlik: HTTPS, gündəlik ehtiyat nüsxələr, 7/24 avtomatik monitorinq.
Mərhələ: platforma Bakıda və Dubayda istifadəyə verilib, hazırda ilk restoran partnyorları qoşulur.
Layihənin linki
ecomealz.az
Digər linklər
App store
Play store