Layihə haqqında

cSAP — təhsil müəssisələrində müxtəlif formatlı imtahanların rəqəmsal mühitdə təşkili, keçirilməsi və qiymətləndirilməsi üçün hazırlanmış innovativ imtahan platformasıdır. Platforma test, esse, açıq tipli yazılı suallar, proqramlaşdırma, SQL və digər imtahan formatlarını dəstəkləyərək müxtəlif fənlər üzrə qiymətləndirmə prosesinin vahid sistem üzərindən idarə olunmasını təmin edir. Süni intellekt texnologiyalarının tətbiqi sayəsində yazılı cavabların və esselərin əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında təhlili, nəticələrin avtomatlaşdırılmış qiymətləndirilməsi və ətraflı hesabatların hazırlanması mümkün olur. Sistem imtahanların yaradılması və idarə edilməsi, sual bankının formalaşdırılması, tələbələrin fəaliyyətinin izlənilməsi, akademik dürüstlüyün qorunması və nəticələrin analitik təhlili kimi imkanlar təqdim edir. cSAP mövcud Tədrisin İdarəetmə Sistemlərinə (LMS – Learning Management System) inteqrasiya üçün açıq arxitekturaya malikdir. Bu imkan təhsil müəssisələrinə platformanı mövcud rəqəmsal infrastrukturlarına uyğunlaşdırmağa, imtahan və qiymətləndirmə proseslərini vahid tədris mühitindən idarə etməyə şərait yaradır. Layihənin əsas məqsədi ənənəvi imtahan proseslərini rəqəmsallaşdırmaq, müəllimlərin iş yükünü azaltmaq, qiymətləndirmədə şəffaflığı və obyektivliyi artırmaq, həmçinin təhsil müəssisələri üçün müasir, çevik və miqyaslana bilən qiymətləndirmə infrastrukturu yaratmaqdır. cSAP hazırda Milli Aviasiya Akademiyasında imtahanların təşkili, keçirilməsi və qiymətləndirilməsi proseslərində aktiv şəkildə istifadə olunur. Platformadan 500-dən çox tələbə istifadə edir. Bu, layihənin real təhsil mühitində uğurla tətbiq olunduğunu, etibarlılığını və daha geniş miqyasda istifadə potensialını nümayiş etdirir.
Layihənin linki
csap.app

cSAP - Bilik və Bacarıqların Hərtərəfli Qiymətləndirilməsi Platforması

Yaradılıb: Nov 19, 2026
Qurucu
K
Khayal Ahmadli
Layihənin kateqoriyası
İlin rəqəmsal təhsil, sosial və sağlamlıq həlli