CarCat

Layihə haqqında

Azərbaycanda avtomobil sahibləri servis tapmaq, növbə almaq və maşının texniki tarixçəsini izləmək üçün hələ də zənglərə, kağız qəbzlərə və öz yaddaşlarına güvənirlər. CarCat bu prosesi tam rəqəmsallaşdırır. İstifadəçi avtomobilini tətbiqə əlavə edən kimi MyGov inteqrasiyası sayəsində maşının məlumatları avtomatik yüklənir. Sonra tərəfdaş servis mərkəzlərində bir dəqiqə altında onlayn növbə götürmək olur. Hər xidmətdən sonra avtomobilin rəqəmsal tarixçəsi avtomatik formalaşır, əvvəlki tarixçə varsa, o da tətbiqdə görünür. Platformaya SIMA vasitəsilə KYC inteqrasiyası artıq tətbiq olunub və bunun üzərindən yaxın vaxtlarda cərimələr və sığorta xidmətlərini də istifadəçilərə təqdim etməyi planlaşdırırıq. Məqsədimiz CarCat-ı avtomobillə bağlı bütün ehtiyaclar üçün vahid rəqəmsal ekosistemə çevirməkdir. Qısa müddətdə platformada 2 700-dən çox avtomobil qeydiyyatdan keçib və 380-dən artıq servis növbəsi rəsmiləşdirilib. Hazırda 5 servis mərkəzi ilə tərəfdaşıq və ay sonunadək bu sayı 12–15-ə çatdırmağı hədəfləyirik. CarCat Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilib.
Layihənin linki
carcat.app
Digər linklər
App store Play store

CarCat

Yaradılıb: Nov 22, 2026
Qurucu
Nemat Mirzayev
Nemat Mirzayev
Layihənin kateqoriyası
İlin innovativ texnoloji həlli