Layihə haqqında
Buta.az - Azərbaycan mədəni irsinin rəqəmsal təqdimatı
Buta.az Azərbaycanın milli ornament sənətinin ən tanınmış simvollarından biri olan butanın tarixinə, mənşəyinə və mədəniyyətimizdəki yerinə həsr olunmuş rəqəmsal maarifləndirmə layihəsidir.
Layihənin məqsədi butanın yalnız dekorativ naxış deyil, həm də Azərbaycan xalqının tarixi yaddaşını, folklorunu və estetik dünyagörüşünü əks etdirən mədəni simvol kimi tanıdılmasıdır. Portalda butanın təsviri incəsənətimizdə və folklorumuzda yeri, tarixi kökləri, UNESCO-nun qeyri-maddi mədəni irsi ilə əlaqəsi, dünyada yayılması və müasir dövrdəki təzahürləri araşdırılır.
Azərbaycan dilindən əlavə, səkkiz xarici dildə təqdim olunan portal milli mədəni irsimizin beynəlxalq auditoriyaya çatdırılmasına, onun haqqında məlumatlılığın artırılmasına və rəqəmsal mühitdə təbliğinə xidmət edir.
Layihənin linki
www.buta.az
Digər linklər
buta.az mədəniyyət portalı