Layihə haqqında
birdizayner.az dizaynerlərin işdə tez-tez qarşılaşdığı problemləri bir yerdə həll edən pulsuz platformadır. Azərbaycan əlifbasını dəstəkləyən fontlar, vektor loqolar, SVG ikonlar, QR generator və dizaynerlər üçün oyunlar burada toplanıb.
Problem nə idi?
Layihəyə başlayırsan, “Ə” Azərbaycan əlifbasını dəstəkləyən font axtarırsan, tapdığın ya yarımçıq çıxır, ya da həmin hərflər başqa şriftlərlə əvəzlənir. Şirkət və ya qurum loqosunun vektor variantını tapmaq da ayrıca vaxt aparır. Birdizayner bu iki işi bir saytda həll edir.
Əsas resurslar
Fontlar. Kataloqdakı fontlar “Ə” hərfi və Azərbaycan dilinin xüsusi simvolları ilə uyğunlaşdırılıb. Yükləməzdən əvvəl fontu öz mətninlə və istədiyin ölçüdə yoxlaya bilirsən.
Loqolar. Şirkət, bank, dövlət qurumu və digər brendlərin vektor loqoları var. İstədiyin kimi vektor və ya PNG formatında endirə bilərsən.
İkonlar. Dizaynda istifadə üçün standartlaşdırılmış SVG ikonlar, o cümlədən UI/UX ikonları.
Rahat istifadə. Filtr və dərin axtarış lazım olanı tez tapmağa kömək edir. Bəyəndiklərini “Sevimlilər”ə əlavə edib sonra qayıda bilərsən. Yeni resurslar mütəmadi əlavə olunur, ən təzələri isə “Ən son əlavə olunan” filtri ilə görünür.
QR Generator
Pulsuz və limitsizdir, qeydiyyat tələb etmir.
Oyunlar:
Altı interaktiv oyun rəng yaddaşını, tipoqrafiya duyumunu və brend gözünü sınayır.
Rəng Yaddaşı: Ekrandakı çaları yadda saxlayıb çalar, doyma və parlaqlığı tənzimləməklə yenidən qurursan. Səviyyələr artdıqca vaxt qısalır.
Palitra: Hansı rənglərin qarışığından hansı rəngin çıxdığını tapırsan.
Font Detektivi: Azərbaycan atalar sözləri ilə yazılmış cümlənin hansı fontla tərtib olunduğunu təxmin edirsən.
Kerninq Ustası: Pozulmuş hərf aralarını sürüşdürərək düzəldirsən, nəticə orijinaldan sapmaya görə hesablanır.
Loqo Detektivi: Rəngsiz göstərilən loqonun əsas rəngini seçirsən.
İkon Tapmaca: Doqquz ikondan üslubu fərqli olanı tapırsan.
Nəticələr ümumi xalda toplanır, reytinq cədvəlində yerin görünür və nəticəni sertifikat kimi paylaşa bilərsən.
Nəticə:
Birdizayner Azərbaycan dilinin xüsusiyyətlərini nəzərə alan, dizaynerlərin gündəlik ehtiyaclarına cavab verən və eyni zamanda əyləncəli olan platformadır. Sayt dizaynerlərə dəstək məqsədi ilə yaradılıb.
Layihənin linki
birdizayner.az