Layihə haqqında
Bildim orta məktəb şagirdləri və repetitorlar üçün Azərbaycan dilində süni intellektli riyaziyyat platformasıdır. Şagird DİM formatında, sinif və mövzu üzrə filtrlənmiş suallarla buraxılışa hazırlaşır, səhvləri «Səhvlər dəftəri»ndə toplanır və oxşar suallarla yenidən yoxlanılır. «Soruş» köməkçisi tapşırığı dərslik mənbələrinə əsaslanaraq addım-addım izah edir. Repetitor və müəllimlər qrup yaradır, dəvət kodu ilə şagird qoşur, sual bazasından və ya süni intellektlə (SymPy ilə yoxlanılan) DİM tipli test dəstləri hazırlayıb tapşırıq verir və nəticələri izləyir.
Layihənin linki
bildim.app