Layihə haqqında
AzeBug Azərbaycanın şirkət və dövlət qurumları üçün yaradılmış yerli bug bounty platformasıdır. Ideya sadədir: təşkilat sistemində zəiflik tapmaq üçün proqram açır, etik hakerlər qaydalara uyğun test edir, təsdiqlənmiş hər zəifliyə görə mükafat AZN ilə ödənilir. Zəiflik hücumçudan əvvəl tapılır və bağlanır.Problem real və böyükdür. Bank, telekom, e-ticarət və e-hökumət sistemləri sürətlə rəqəmsallaşır, lakin təşkilatların çoxu zəifliyini kiberhücumdan sonra öyrənir. Digər tərəfdən, ölkədə kibertəhlükəsizlik üzrə təhsil alan gənclərin bacarığını real hədəflərdə sınamaq və qanuni gəlir qazanmaq imkanı yoxdur. Xarici platformalar yerli dil, yerli ödəniş və yerli hüquqi çərçivəyə uyğunlaşmayıb. AzeBug bu boşluğu doldurur.Platforma üç hissədən ibarətdir:Bug Bounty proqramları: özəl və dövlət təşkilatlarının açıq proqramları, hədəflər, qaydalar və mükafat cədvəli.Cyber Researcher Academy: Azərbaycan dilində pulsuz kurslar (OWASP Top 10, Burp Suite, recon, hesabat yazma, hüquqi çərçivə və etika). Yeni başlayan tədqiqatçı platformada həm öyrənir, həm də ilk real hesabatını göndərir.AI köməkçi: tədqiqatçıya hesabat yazmaqda və proqram seçməkdə, təşkilata isə hesabatları qiymətləndirməkdə kömək edir.Bu, təşkilat üçün də sərfəlidir: yalnız təsdiqlənmiş zəifliyə görə ödəniş edilir, yəni risk azdır, nəticə ölçüləndir. Eyni zamanda ölkədə yerli kibertəhlükəsizlik mütəxəssisləri komandası yetişir və dövlət üçün strateji əhəmiyyətli rəqəmsal infrastruktur qorunur.Layihənin müəllifi praktiki təcrübəyə malikdir: pentester kimi real şirkətin sistemində 8 kritik zəiflik tapıb təqdim edib, SOCAR hakatonunda 5-ci, süni intellekt hakatonunda 3-cü yer tutub. Təqdim olunan versiya işləyən prototipdir, bütün proqramlar və rəqəmlər nümunə məlumatdır. Növbəti mərhələ pilot proqramlar üçün 2-3 təşkilatla əməkdaşlıq, ödəniş modulu və hesabatların rəsmi qəbulu sistemidir.
Layihənin linki
azebug-mvp.pages.dev