Layihə haqqında
AXON — Azərbaycan dilində ilk pulsuz və ikidilli (AZ/EN) neyroelm təhsil platformasıdır. Ölkədə beyin və sinir sistemi haqqında ana dilində interaktiv resurs olmadığı üçün yaradılıb: məktəblilər, tələbələr, Brain Bee olimpiadasına hazırlaşanlar və tibbə maraq göstərən hər kəs üçün.
Platformada: 14 interaktiv 3D beyin atlası (149 struktur), izahlı 429 məşq sualı, 27 klinik hal, bazal nüvələrdə neyromediator yolları, beyin skanları, seçilmiş elmi məqalələr və kitablar, həmçinin iki təhsil oyunu — “Lezyon ovçusu” (zədəni 3D beyində tap) və “Beynle” (beyin üçün gündəlik Wordle).
Sayt pulsuzdur, qeydiyyat tələb etmir, telefonda tətbiq kimi quraşdırılır və oflayn işləyir. Bütün məzmun açıq elmi mənbələrə (PubMed, Human Connectome Project, ICBM 152 və s.) əsaslanır; mənbələr saytda göstərilib və istifadəçilər səhvləri birbaşa bildirə bilər.
Layihənin linki
axon.az
Digər linklər
Beynle — beyin üçün gündəlik Wordle
Lezyon ovçusu — 3D beyin oyunu
Brain Bee hazırlığı