Layihə haqqında
Anti Radio 7 aprel 2022-ci ildə yaradılmış müstəqil onlayn radiodur. Layihə ənənəvi FM radioların reklamlarla dolu və tez-tez təkrarlanan musiqi axınına alternativ olaraq yaradılıb. Burada əsas məqsəd musiqiyə, ifaçılara və fərqli səslərə yer verməkdir.
Radio 7/24 reklamsız yayımlanır. Deep house və house əsas istiqamətlər olsa da, efirdə indie, electronic, alternative, pop və hip-hop janrlarında mahnılar da səslənir. Anti Radio üçün "alternativ" sadəcə musiqi janrı deyil, yanaşmadır. Mahnılar müəyyən qaydalara görə deyil, öz dəyərinə görə seçilir.
Layihə həm tanınmış, həm də yeni ifaçılar üçün açıqdır. Indie musiqiçilər öz mahnılarını sayt vasitəsilə göndərə və onları efirdə təqdim edə bilirlər. Dinləyicilərin Spotify və Yandex Music pleylistləri də yayımın bir hissəsinə çevrilir.
"Anti Radio" adı ilk dəfə 2005-ci ildə ABŞ-da korporativ radioya etiraz kimi yaranıb. Bugünkü Anti Radio fərqli komanda tərəfindən idarə olunur, amma həmin müstəqil ruhu davam etdirir.
Layihənin linki
antiradio.net