Layihə haqqında
aitools.az - mikro, kiçik və orta bizneslər üçün nəzərdə tutulmuş Azərbaycanda ilk açıq və tam “self-service” AI omnikanal CRM platformasıdır.Hər bir sahibkar heç bir texniki komandaya ehtiyac duymadan birbaşa platformada qeydiyyatdan keçərək sistemi dərhal istifadə etməyə başlayır. Müştərilərdən gələn bütün müraciətlər və şərhlər vahid mərkəzdə toplanır, süni intellekt botlarımız vasitəsilə 7/24 dərhal cavablandırılaraq satışa çevrilir. Geniş CRM və analitika imkanlarımız isə potensial alıcıların və sifarişlərin hansı mərhələdə itirildiyini aşkarlayır, biznes proseslərini vaxtında təkmilləşdirməyə imkan verir.Platforma artıq bazarda özünü doğruldub: kənar investisiya cəlb etmədən qısa müddətdə 20-dən çox aktiv B2B müştəri qazanmışıq və sistem üzərindən 70-dan çox uğurlu aylıq abunə ödənişi həyata keçirilib.
Layihənin linki
aitools.az