Layihə haqqında
Tecrube.az - süni intellektlə dəstəklənən karyera və iş platformasıdır. Layihə həm işəgötürənlər, həm də namizədlər üçün innovativ xidmətlər təqdim edir: AI əsaslı uyğunluq dərəcəsi (namizəd profilinin vakansiyaya nə dərəcədə uyğun olduğunu, güclü və zəif tərəfləri, eləcə də ümumi nəticəni müəyyənləşdirir), ağıllı vakansiya paylaşımı, təcrübə və kurs elanları, həmçinin inteqrasiya olunmuş müsahibə planlaşdırma sistemi (seçilmiş namizədlərə müsahibə dəvətləri göndərmək, nəticələr üzrə qeydlər aparmaq və “Trello” bənzəri interfeys vasitəsilə bütün prosesləri tək platformadan idarə etmək imkanı yaradır).
Bu platforma işəgötürənlərin doğru namizədi tapmasını asanlaşdırır və vaxt itkisini 50%-dək azaldır, eyni zamanda gənclərə və peşəkar namizədlərə şəffaf, fərdiləşdirilmiş karyera imkanları təqdim edir.
Hazırkı dövrdə əmək bazarında uyğun namizəd tapmaq, uzun axtarışlar və səmərəsiz HR prosesləri real problemdir. Gələcəkdə isə süni intellektin HR sahəsində tətbiqi şirkətlərə ciddi rəqabət üstünlüyü qazandıracaq.
Tecrube.az bazara həm texnoloji innovasiya, həm də sosial təsir gətirir - işəgötürmə proseslərində şəffaflıq, effektivlik və ədalətli qiymətləndirməni təmin edir.
Layihənin linki
tecrube.az