Layihə haqqında
“My Culture” vahid şəxsi kabinetinizə daxil olaraq, şəxsi hesabınızı yarada, bir pəncərə prinsipi əsasında mədəniyyət sahəsində xidmətlərdən istifadə edə, müraciət və təkliflərinizi göndərə, elanlarla tanış ola, müraciətlərinizin statusunu izləyə və s. bu kimi alətlər vasitəsilə geniş funksionallıq sayəsində daha zəngin və fərdiləşdirilmiş qarşılıqlı əlaqə quraraq, mədəniyyəti rəqəmsal prizmadan tanıya bilərsiniz.
"Giriş səhifə" ("Landing Page") və "Kabinet" hissələrindən ibarət olan "MyCulture" resursu - mədəniyyət sahəsinin rəqəmsallaşdırılmasında bünövrə rolunu oynayaraq, incəsənət müəssisələrinə şagird qəbulu, müəllim, direktor müavini və direktor qəbulu və s. bu kimi proseslərin rəqəmsalaşdırılmasında müstəsna faydalılığı ilə seçilərək şəffaflığı, eləcə də onminlərlə şəxsin bir platforma üzərindən kütləvi şəkildə (2025-ci ilin ilk 9 ayı üzrə unikal giriş sayı təxminən 100 000 nəfər) Mədəniyyət Nazirliyi ilə qarşılıqlı əlaqəsini təmin edir.
Mədəniyyət Nazirliyinin "e-Culture" rəqəmsal inkişaf strategiyası çərçivəsində son 2 ildə mədəniyyət sahəsində tarixdə ilk dəfə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu və yerləşdirilməsi, müsabiqələrə, qrant, təqaüd proqramları, attestasiya, işə qəbul və digər layihələrə müraciətlərin, habelə sənədlərin qəbulu, yoxlanılması və idarə edilməsi "MyCulture" (https://my.culture.az) vahid şəxsi kabineti üzərindən kütləvi şəkildə həyata keçirilmişdir. Qeyd edək ki, hər bir layihə üzrə idarəetmə fərdiləşdirilmiş, vahid və unikal girişli (hər Admin-in yalnız və yalnız öz layihəsinə dair DATA-ya giriş imkanı təmin edilməklə) "Admin Panel" üzərindən operativ kommunikasiya təmin edilməklə aparılmaqdadır.
"MyCulture" (https://my.culture.az) vahid şəxsi kabineti ölkə üzrə vahid giriş sisteminə (DigitalLogin - MyGovİD) inteqrasiya edilmiş, bütün “LOGİN” vasitələri ilə giriş imkanı təmin edilməklə istifadəçi rahatlığı yaradılmış, müvafiq strukturların kibertəhlükəsizlik və digər auditlərini uğurla keçərək, zəruri təhlükəsizlik sertifikatları və protokolları tətbiq edilməklə dayanıqlılığı və güvənliyi, eləcə də müasir texnologiyalara əsaslanan innovativ “kod” strukturu ilə seçilərək “Hökumət Buludu” (“g-Cloud”) infrastrukturuna miqrasiya edilmişdir.
"MyCulture" (https://my.culture.az) vahid şəxsi kabinetində müvafiq modullar “DigitalBridge” üzərindən ölkə üzrə bir çox qurumun (DİN, ƏN, DİM, ETN, RİNN, İN VX və s.) informasiya sisteminə inteqrasiya edilmiş və zəruri məlumatların (50+ məlumat həddi) avtomatlaşdırılmış qaydada “veb-servis”lər (“APİ”) vasitəsilə əldə edilməsi təmin edilmişdir ki, bu da istifadəçi rahatığı ilə yanaşı, xüsusilə müxtəlif klasterlərdə “e-Xidmət”lərdən və “e-Müraciət”lərdən istifadə zamanı funksionallıq baxımdan da mühüm üstünlüklər yaradır.
Layihənin linki
my.culture.az