Layihə haqqında

Erqoterapiya səhifə və mobil tətbiq ““Gündəlik həyat fəaliyyətində çətinlik olan uşaqların dəyərləndirilməsi və həyat keyfiyyətini artırmaq üçün terapiya imkanlarının genişləndirilməsi ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi" layihəsi çərçivəsində hazırlanmışdır. Gündəlik həyat fəaliyyətində çətinlik olan uşaqların cəmiyyətə inteqrasiyasına kömək edilməsi və onların həyat keyfiyyətini artırılması üçün qiymətləndirmə və inkişaf planlama alətlərinin hazırlanması, erqoterapiya ilə bağlı valideynlərin bacarıqlarının inkişaf etdirilməsi və elektron resursların artırılması layihənin məqsədidir. Valideynlər tətbiq vasitəsilə gündəlik həyat fəaliyyətində çətinliyi olan uşaqların test vasitəsilə dəyərləndirə bilir, çətinlikləri və onların nisbətini müəyyən edir və gələcək inkişaf istiqamətlərini planlaşdıra bilir. Tətbiqdə həmçinin gündəlik həyat fəaliyyətində çətinlik olan uşaqlarla həyata keçirilə bilən erqoterapiya məşğələlərdən ibarət video dərslər də yerləşdirilib. Bu video dərslər vasitəsilə valideynlər və ya mütəxəssislər uşaqlarla ev şəraitində məşğul ola bilər. Həmçinin mütəxəssislər üçün erqoterapiya üzrə Metodik vəsait də hazırlanmış və tətbiqə yüklənib.
Layihənin linki
erqoterapiya.az
Digər linklər
App store Play store

Erqoterapiya.az - Online Reabilitasiya və Dərs Platforması

Yaradılıb: Nov 08, 2025
Qurucu
Əfsun Səmədzadə
Kateqoriya
İlin rəqəmsal təhsil resursu