Layihənin məqsədi disleksiyadan əziyyət çəkən uşaqların cəmiyyətə inteqrasiyasına köməklik edilməsi və cəmiyyətin onlarla ünsiyyətinin və fəaliyyətinin asanlaşdırılması, həmin uşaqların akademik potensiallarının üzə çıxarılması üçün disleksiya ilə bağlı screening və dəyərləndirmə alətlərinin hazırlanması və disleksiya ilə bağlı inkişaf fəaliyyətləri üçün valideynlərin bacarıqların artırılmasıdır.
Tətbiq vasitəsilə öyrənmə çətinliyi şübhəsi olan övladlarını və ya akademik nəticələri aşağı olan məktəbliləri test vasitəsilə screening edə bilir, öyrənmə çətinlikləri nisbətini müəyyən edir və gələcək inkişaf istiqamətlərini planlaşdıra bilir.
Tətbiqdə həmçinin disleksiyası olan uşaqlarla həyata keçirilə bilən məşğələlərdən ibarət video dərslər də yerləşdirilib. Bu video dərslər vasitəsilə valideynlər və ya mütəxəssislər öyrənmə çətinliyi olan uşaqlarla ev şəraitində məşğul ola bilər. Həmçinin mütəxəssislər üçün disleksiya üzrə Metodik vəsait də hazırlanmış və tətbiqə yüklənib.