Layihə haqqında
Casting.az online casting platformasıdır. Bu platforma aktyorlar və aktyor olmaq istəyənlər üçün nəzərdə tutulmuş innovativ platformadır. Aktyor olmaq istəyənlər öz bacarıqlarını nümayiş etdirə, portfolio formalaşdıraraq rejissor və prodüserlərin diqqətini cəlb edə bilərlər.
Peşəkarlar üçün isə bu, kastinq prosesini daha sürətli və effektiv edən unikal bir alətdir.
Həmçinin rejissorlar, prodüserlər və kastinq menecerləri üçün Casting.az istedadlı aktyorları tapmaq üçün ideal bir məkandır. Saytımızda geniş filtrləmə imkanları mövcuddur ki, bu da yaş, xarici görünüş, təcrübə və digər meyarlara əsasən axtarış aparmağa şərait yaradır. İstər böyük bir film layihəsi, istərsə də kiçik bir reklam çarxı üçün aktyor axtarışında Casting.az sizə doğru namizədləri sürətli və rahat şəkildə tapmaq imkanı verir.
Layihənin linki
casting.az