Layihə haqqında
İsveçrə ilə Azərbaycan arasında mədəni, ictimai və humanitar əlaqələri gücləndirməyə yönəlmiş unikal bir mədəniyyət və informasiya platformasıdır. Layihənin əsas məqsədi iki ölkə arasında qarşılıqlı anlayışı, mədəni mübadiləni və dostluq əlaqələrini inkişaf etdirmək, Azərbaycan mədəniyyətinin zəngin irsini İsveçrə və o cümlədən digər almandilli avropa ölkələrinin ictimaiyyətinə tanıtmaqdır.
Platformada cəmiyyət, incəsənət, ədəbiyyat, elm, təhsil, tarix, mətbəx və turizm kimi müxtəlif mövzular əhatə olunur. Aze.Swiss həm maarifləndirici, həm də birləşdirici missiya daşıyaraq, Azərbaycan mədəniyyətinin Avropada tanıdılmasına və ölkəmizin müsbət imicinin formalaşmasına mühüm töhfə verir.
Layihənin linki
aze.swiss