Layihə haqqında
AdFluen, şirkətlərin bütün reklam fəaliyyətlərini vahid paneldən idarə etməsinə imkan yaradan, süni intellektlə gücləndirilmiş çox-platformalı B2B reklam avtomatlaşdırma platformasıdır. Google Ads, Meta, TikTok, LinkedIn, Pinterest, Telegram və WhatsApp Business kimi müxtəlif reklam şəbəkələri bir dashboard-da birləşdirilir və istifadəçi artıq platformalar arasında keçid etmədən bütün kampaniyalarını mərkəzləşdirilmiş şəkildə idarə edə bilir.Platformanın əsas üstünlüyü odur ki, bütün reklam mexanizmi tam olaraq süni intellekt tərəfindən idarə olunur. İstifadəçi yalnız kampaniya məqsədini və büdcəni müəyyən edir — geridə qalan bütün prosesləri AI həyata keçirir. Süni intellekt əvvəlki kampaniyaların nəticələrini analiz edir, performans tarixçəsini öyrənir və bu məlumatlara əsaslanaraq ən uyğun auditoriyanı özü seçir, davranış və maraqlara görə optimal targeting qurur.AdFluen AI, istifadəçi üçün 3–5 fərqli reklam nümunəsi hazırlayır, alternativ vizuallar və mətnlər yaradır, onları platformalara uyğunlaşdırır və A/B testlər vasitəsilə ən yaxşı nəticə verən variantı avtomatik müəyyənləşdirir. Zəif performans göstərən reklamlar dərhal dayandırılır, yüksək nəticə gətirən kampaniyalar gücləndirilir və büdcə real vaxtda ağıllı şəkildə yenidən bölüşdürülür.Real-time analitika modulu bütün platformaların statistikasını vahid ekranda təqdim edərək bizneslərin daha sürətli və məlumatlı qərarlar verməsinə kömək edir.AdFluen müasir şirkətlər üçün reklam idarəçiliyini sadələşdirən, xərcləri optimallaşdıran və nəticələri maksimuma çatdıran tam avtomatlaşdırılmış AI reklam həllidir.
Layihənin linki
adfluen.com
Digər linklər
Telegram Bot
Instagram
LinkedIn