Layihə haqqında

EduManUNEC-də 2015/2016-cı tədris ilindən “Tədrisin Elektron İdarəetmə Sistemi – EDUMAN” tətbiq olunmağa başlanmış və hal-hazırda tədris prosesinin böyük bir hissəsi bu sistem vasitəsilə idarə edilməkdədir. EDUMAN tədris prosesinin bütün mərhələlərini əhatə etməklə, ümumilikdə tədris prosesinin idarəedilməsinin müasir tələblər səviyyəsində qurulması, habelə proseslərin idarəedilməsində obyektivliyin və çevikliyin təmin edilməsi məqsədilə qurulmuşdur.“EDUMAN”-da hal-hazırda aktiv şəkildə istifadə olunan 30-dan çox modul mövcuddur. Bu sistem dərs cədvəli, elektron jurnal, fənn kataloqu, təqvim planı, tədris materialları, qiymətləndirmə, distant təhsilin təşkili, kommunikasiya sahələrini, EXAM modulu imtahan suallarının hazırlanması, testlərin tərtibi, yazılı imtahan suallarının yaradılması, yekun və aralıq qiymətləndirmənin aparılması, apellyasiyanın təşkili, təqaüdün müəyyən olunmasını, Bir pəncərə modulu tələbə, məzun və əməkdaşların günün 24 saatı, həftənin 7 günü müxtəlif tipli arayışların imza və möhürlə təsdiq olunmuş, QR kodla, PDF formatında əldə olunmasını, UNEC tədris binalarına giriş-çıxış sistemi müxtəlif yoxlamaların aparılması ilə əməkhaqlarının ödənilməsi üçün tabellərin hazırlanmasını əhatə edir. Ümumilikdə qeyd edə bilərik ki, EDUMAN öyrənmə və tədris ehtiyaclarının böyük əksəriyyətini ödəyə bilir. Müəllim (muallim.unec.edu.az) və Tələbə kabinetləri (kabinet.unec.edu.az) istifadəçi yönümlülüyü təmin etmək üçün hazırlanmış modullardır. Kabinetlərdə yaradılmış müvafiq Distant təhsil modulu çərçivəsində tələbələr üçün ənənəvi dərslərdən əlavə olaraq distant öyrənmə imkanı yaradılmışdır. 2015-ci ildən EDUMAN sisteminin qurulması ilə birlikdə tələbələrin dərsdə iştirakının və aktivliyinin təmin edilməsi üçün elektron jurnal bölməsi fəaliyyət göstərməkdədir. Əyani dərslər zamanı tələbənin dərsdə olması onların qiymətləndirməsi müəllim tərəfindən elektron jurnalda müvafiq olaraq qaib, iştrak edir və ya bal yazılması ilə aparılmaqda, hibrid və online dərslərdə isə zoom platforması vasitəsilə dərsə qoşulan tələbənin dərsdə iştirak etməsi sistem tərəfindən həmin an müəyyən edilərək birbaşa elektron jurnalda genarasiyası müəllim tərəfindən isə müvafiq balın yazılması ilə qeydiyyatı təmin edilir.Sistemdə mövcud olan fənn kataloqu, təqvim tematik plan bölməsi və digər mövcud bölmələr təhsil proqramlarına uyğunlaşdırılmışdır. Belə ki, fənn bölməsi vasitəsilə fənnin sillabusunun və mövzularının sistemə yüklənilməsi, təqvim tematik plan bölməsi vasitəsilə isə fənnin mövzularının ardıcıl keçirilməsi təmin edilir. EDUMAN daim inkişaf etdirilir.
Layihənin linki
kabinet.unec.edu.az

Tədrisin elektron idarəetmə sistemi-EDUMAN

Yaradılıb: Oct 26, 2023
Qurucu
R
Raqif Qasımov
Kateqoriya
İlin rəqəmsal təhsil resursu