Layihə haqqında

SURDOTV video portalı və mobil tətbiqi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında hazırlanıb. Layihə vasitəsi ilə televiziya kanallarında yayımlanan programların surdo tərcümə edilmiş variantlarına baxa bilərsiniz. SURDOTV layihəsi eşitmə və nitq qabiliyyəti olmayan vətəndaşlarımızın daha dolğun informasiya əldə etməsinə və onların cəmiyyətə inteqrasiya etməsinə xidmət edir. Portalda və mobil tətbiqdə maraqlı televiziya verlişləri, həmçinin 70- dən çox yerli və xarici filmlər, cizgi filmlər, əyləndirici və maarifləndirici video materiallar surdo tərcümə edilmişdir. Eşitmə və nitq qabiliyyəti olmayan uşaqların əylənməsi, darıxmaması, o cümlədən də maarifləndirici videolara baxa bilməsi üçün tətbiqdə xüsusi olaraq cizgi filmləri bölməsi yaradılmışdır. Cizgi filmləri arasıda “Şahzadə-qara qızıl”, “Cəsur təyyarə”, “Balaca çoban” və s. mövcüddür. Həmçinin dayanmadan yeni cizgi filmlər surdo tərcümə edilir və mobil tətbiqə əlavə olunur. Bununla da eşitmə və nitq qabiliyyəti olmayan balaca qəhrəmanlarımız, özlərini təcrid olunmuş hiss etməyəcəklər. Layihə həmçinin eşitmə və nitq qabiliyyəti olmayan gənc, orta yaşlı və yaşlı vətəndaşlarımızı da nəzərə alıbdır. Portalın və mobil tətbiqin filmlər bölməsində yerli və xarici bir birindən maraqlı filmlər surdo tərcümə edilmişdir. Filmlər arasında yerli istehsalımızın əfsanələrinə çevrilən “Bir cənub şəhərində”, “Onu bağışlamaq olarmı”, “Hər şey yaxşılığa doğru” kimi filmlər də yer almaqdadır. Həmçinin dayanmadan yeni filmlər də surdo tərcümə edilərək əlavə olunmaqdadır. Portalın və Mobil tətbiqin ƏLAQƏ bölməsindən isə istifadəçilər çox rahatlıqla bizimlə əlaqəyə çıxa bilər, mobil tətbiqdə olmayan film və cizgi filmlərin sordu tərcüməsini sifariş verə bilərlər. Nəzərinizə çatdırmaq istərdik ki, xidmət tam olaraq ödənişsizdir. Mobil tətbiqi Android istifadiçələri Play Market, İOS istifadəçiləri isə App Store platformasına daxil olaraq çox rahatlıqla yükləyə bilərsiniz.
Layihənin linki
surdotv.az
Digər linklər
App store Play store Sosial Xidmət Agentliyinin Veb Səhifəsi

SURDO TV - Video Portal və Mobil Tətbiq

Yaradılıb: Nov 12, 2023
Qurucu
Əfsun Səmədzadə
Kateqoriya
İlin rəqəmsal mədəniyyət və turizm həlli