Layihə haqqında
Bu günkü reallıq odur ki, zəif parollar onlayn hesabların və veb saytların sındırılmasının əsas səbəblərindən biridir. Güclü parollardan və proqrama əsaslanan iki faktorlu autentifikasiyadan (2FA) istifadə, şübhəsiz ki, əla başlanğıcdır. Lakin buda sizi tam qorumur və siz yenədə Fişinq-in qurbanı ola bilirsiniz.
Fiziki təhlükəsizlik açarlarının (U2F,FIDO2) istifadəsi sizi demək olar ki tam şəkildə qorumaq bacarığına malikdir. Həmçinin onlardan həm şəxsi, həm də biznes cihazlarında və hesablarda istifadə etmək çox asandır. Bu gün əksər veb saytlar və servislər təhlükəsizlik açarlarından istifadəsini dəstəkləyir.Onların sayı hər gün artır və bu çox sevindirici haldır.
Görünüş olaraq USB təhlükəsizlik açarı Flash diskə bənzəyən və kompüterinizin USB portlarından birinə qoşulan bir cihazdır. Bəzi qurğular isə USB-dən əlavə NFC və ya BLE interfeysinə malikdir. Əslində təhlükəsizlik açarı tamamilə unikal identifikasiyası olan fiziki təhlükəsizlik cihazıdır. Onun daxilində olan sertifikat cütlüyündən biri, fərdi açar (private key) — yalnız həmin qurğuda var və onun ixracı qeyri-mümkündür.İctimai açar isə (public key), əksinə istənilən zaman ixrac oluna bilər. Sayta və ya servisə həqiqətən daxil olduğunuzu təmin etmək üçün istifadə olunur. Girişin təsdiqlənməsi üçün isə qurğunun USB porta qoşulu halda üzərindəki düyməyə bir dəfə toxunmaqla həyata keçirilir.
“SecurityKey.az” layihəsinin əsas məqsədi insanları müxtəlif istehsalçıların yüksək keyfiyyətli FIDO açarları ilə təmin etmək və autentifikasiya prosesini təhlükəsiz etməkdir.
Layihənin linki
securitykey.az