Proaktiv Xidmət Mexanizmi

Layihə haqqında

Hazırda Nazirlik tərəfindən vətəndaşlara, eləcə də hüquqi və fiziki şəxslərə 159 istiqamət üzrə xidmət göstərilir. Bu xidmətlərin 91%, yəni 140 xidmət elektronlaşdırılıb.51 xidmət isə yeni mütərrəqi metod olan proaktiv xidmət mexanizmi ilə təmin edilməkdədir. Ümumi olaraq Nazirliyin xidmətlərinə ötən dövr ərzində 100 milyondan çox müraciət olunElektron xidmətlərin 51-i proaktiv xidmət mexanizmi ilə həyata keçirilir. Proaktiv xidmət – vətəndaşın yaranmış hüquqlarının, onun müraciəti olmadan müəyyənləşdirilməsi, sistemə tanıdılması və təmin edilməsi mexanizmidir. Yəni vətəndaşın sosial sahədə yaranmış hər hansı bir hüququnun artıq sistem tərəfindən avtomatik olaraq təmin edilməsidir. Bu mexanizmlə işləyən xidmətlərdə vətəndaşların yaranmış hüquqları ilə bağlı kağız formasında hər hansı bir məlumat toplamasına və bu məlumatların dövlət orqanına təqdim etməsinə ehtiyac yoxdur. Sistem özü inteqrasiya olunmuş məlumatlar əsasında vətəndaşlar barəsində məlumatları hüquq yaranan zaman avtomatik olaraq əldə edir. Toplanmış məlumatlar əsasında aparılan emal prosesi və hüququn təmin olunması barədə sms məlumatlandırma da sistem tərəfindən, kənar müdaxilə olmadan həyata keçirilir. Vətəndaşlarımızın yaranmış hüquqlarının vaxtında təmin olunması məqsədilə proaktiv xidmətlərin sayının artırılmasını qarşımıza hədəf kimi qoymuşuq. Nazirliyin təqdim etdiyi proaktiv xidmət mexanizminin Böyük Britaniyanın "Wealth & Finance International" təşkilatı tərəfindən keçirilmiş “FinTech Awards 2023” müsabiqəsində “Proaktiv ödənişlər mexanizmin mahiyyəti, sxemi və cəmiyyət üçün əhəmiyyətini əhatə edən məlumatlar” kateqoriyası üzrə “Dövlət sektoru üzrə proaktiv texnologiyanın aparıcı təminatçısı - 2023” mükafatına layiq görüldüyü vurğulanıb. Proaktiv xidmət mexanizmi Azərbaycanda ilk dəfə Nazirlik tərəfindən 2019-cu ilin yanvar ayından etibarən tətbiq olunur. İlk proaktiv edilmiş xidmət ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması xidməti olmuşdur. Hazırda proaktiv xidmətlər üzrə 1 günə düşən orta təyinat sayı 889 nəfər təşkil edir. Ümumilikdə ən çox proaktiv təyinat aparılan sosial ödəniş növü uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin olunmasıdır. Bundan sonra 2019-cu ilin aprel ayından əlilliyə görə və 2021-ci ilin aprel ayından isə ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatı bu mexanizmlə aparılmaqdadır. Proaktiv təyinat mexanizmi vətəndaş müraciəti olmadan işləyir.
Layihənin linki
e-sosial.az

Proaktiv Xidmət Mexanizmi

Yaradılıb: Oct 20, 2023
Qurucu
Gunel Shamilzade
Gunel Shamilzade
Kateqoriya
İlin rəqəmsal hökumət həlli