Layihə haqqında

Övladını Tanı Mobil Tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi çərçivəsində hazırlanmışdır. Mobil Tətbiq vasitəsilə 0 – 18 yaşlı övladınızın inkişaf dinamikasını qiymətləndirə, hesabatlandıra, inkişafını planlaya, inkişafı üçün tapşırıqlar əldə edə bilər və izləyə bilərsiniz. 0 – 6 yaş aralığında əsas xüsusiyyətlər uşaqların ümumi inkişaf bacarıqlarıdır ki, suallar hazırlanarkən bu nəzərə alınmışdır. Uşaqların nitq – qavraması, kiçik motor inkişafı, böyük motor inkişafı və sosial bacarıqları onların sonrakı yaş dövründə kiçik və böyük motor bacarıqlarının inkişaf etməsi, idrak bacarıqlarının formalaşması, nitq bacarıqlarının yüksəlməsi, özlərini ifadə etməsi, dayanıqlı münasibətlər qurması, özünü motivasiya və hislərini idarə edə bilməsi üçün vacibdir. Bu yaş aralığında bu xüsusiyyətlərin ölçülməsi və inkişafı üçün tapşırıqlar verilməsi tətbiqin əsas məqsədidir.6 – 12 yaş aralığında əsas xüsusiyyətlər uşaqların sosial və emosional bacarıqlarıdır ki, suallar hazırlanarkən bu nəzərə alınmışdır. Uşaqların sosial və emosional bacarıqları onların sonrakı yaş dövründə özlərini ifadə etməsi, dayanıqlı münasibətlər qurması, özünü motivasiya və hislərini idarə edə bilməsi üçün vacibdir. Bu yaş aralığında bu xüsusiyyətlərin ölçülməsi və inkişafı üçün tapşırıqlar verilməsi tətbiqin əsas məqsədidir. 12 - 18 yaş aralığında uşağın şəxsiyyətinin formalaşmasında kompleks yanaşma vacibdir, ona görə də suallar hər tərəfli uşağın dəyərləndirilməsini nəzərdə tutur. Həmçinin bu yaş aralığında yeniyetməlik xüsusiyyətləri ortaya çıxır ki, bu da tapşırıqlar hazırlanan zaman nəzərə alınmışdır.Tətbiqdə qeydiyyatdan keçərək, bir neçə övladınızı əlavə edə və hər biri üçün özəl otaq düzəltmək şansına malik olacaqsınız. Qeydiyyatdan keçib övladınızın məlumatlarını daxil etdikdən sonra inkişaf bölməsinə daxil olaraq, yoxla düyməsini sıxmaqla onun yaşına aid olan suallara cavab verirsiniz. Cavablarınıza əsasən tətbiq övladınızın inkişaf dərəcəsini hesablayır. Əgər hər hansı geriləmə varsa sizə tapşırıqlar verir və inkişafın hansı sahələrində zəif olduğu haqqında məlumat təqdim edir. Tətbiq uşaq inkişafı üzrə beynəlxalq səviyyədə qəbul olunmuş meyarlar əsasında 5 istiqamətdə dəyərləndirməni aparmağa imkan verir. Bu istiqamətlər fiziki inkişaf, idrak – qavrama inkişafı, sosial inkişaf, emosional inkişaf və verbal inkişafdır. Tətbiq daxilində 0 – 6 yaş uşaqlar üçün 13 yaş qrupu yaradılmışdır. Bu yaş qruplarında uşaqlar 4 inkişaf sahəsi üzrə dəyərləndirilir. Bu istiqamətdə 154 sual hazırlanmış və suallar 13 qrupda komplektləşdirilib. Sualların daha aydın başa düşülməsi üçün isə 154 Video təlimat hazırlanmışdır. Dəyərləndirilmədən sonra uşaqların inkişafına dəstək olmaq üçün inkişaf sahələri üzrə 300 tapşırıq tətbiqə daxil edilmişdir. Tətbiq daxilində 0 – 6 yaşlı uşaqlar üçün kiçik motor inkişaf sahəsi üzrə 26 sual, təlimat və 52 tapşırıq, Nitq – Qavrama İnkişaf sahəsi üzrə 65 sual, təlimat və 130 tapşırıq, Sosial İnkişaf sahəsi üzrə 27 sual, təlimat və 54 tapşırıq, Böyük motor İnkişaf sahəsi üzrə 24 sual, təlimat və 48 tapşırıq mövcuddur. Tətbiq daxilində 6 – 12 yaş uşaqlar üçün 6 yaş qrupu yaradılmışdır. Bu yaş qruplarında uşaqlar 5 inkişaf sahəsi üzrə dəyərləndirilir. Bu istiqamətdə 218 sual hazırlanmış və suallar 6 qrupda komplektləşdirilib. Sualların daha aydın başa düşülməsi üçün isə 218 Video təlimat hazırlanmışdır. Dəyərləndirilmədən sonra uşaqların inkişafına dəstək olmaq üçün inkişaf sahələri üzrə 218 tapşırıq tətbiqə daxil edilmişdir. Tətbiq daxilində 6 – 12 yaşlı uşaqlar üçün fiziki inkişaf sahəsi üzrə 20 sual, təlimat və tapşırıq, İdrak – Qavrama İnkişaf sahəsi üzrə 41 sual, təlimat və tapşırıq, Sosial İnkişaf sahəsi üzrə 81 sual, təlimat və tapşırıq, Emosional İnkişaf sahəsi üzrə 48 sual, təlimat və tapşırıq və Verbal İnkişaf sahəsi üzrə 28 sual, təlimat və tapşırıq mövcuddur. Həmçinin tətbiqdə 12 – 18 yaş uşaqlar üçün 4 yaş qrupu yaradılmışdır. Bu yaş qruplarında uşaqlar 5 inkişaf sahəsi üzrə dəyərləndirilir. Bu istiqamətdə 122 sual hazırlanmış və suallar 7 qrupda komplektləşdirilib. Sualların daha aydın başa düşülməsi üçün isə 122 Video təlimat hazırlanmışdır. Dəyərləndirilmədən sonra uşaqların inkişafına dəstək olmaq üçün inkişaf sahələri üzrə 122 tapşırıq tətbiqə daxil edilmişdir. Tətbiq daxilində 12 – 18 yaş uşaqlar üçün isə fiziki inkişaf sahəsi üzrə 11 sual, təlimat və tapşırıq, İdrak – Qavrama İnkişaf sahəsi üzrə 43 sual, təlimat və tapşırıq, Sosial İnkişaf sahəsi üzrə 33 sual, təlimat və tapşırıq, Emosional İnkişaf sahəsi üzrə 19 sual, təlimat və tapşırıq və Verbal İnkişaf sahəsi üzrə 16 sual, təlimat və tapşırıq mövcuddur.Övladını Tanı Mobil Tətbiqi övladınızın sağlam böyüməsi üçün Sizin yol göstərən dostunuz olacaq. Mobil Tətbiqi App Store və Play Market Platformalarından yükləyə bilərsiniz.
Layihənin linki
ovladinitani.az
Digər linklər
App store Play store

Övladını Tanı Mobil Tətbiqi

Yaradılıb: Nov 02, 2023
Qurucu
Əfsun Səmədzadə
Kateqoriya
İlin rəqəmsal sosial resursu