Mashin.AL

Layihə haqqında

2020-ci ildən fəaliyyət göstərən Mashin.AL portalı funksionallığını daim artırmaqdadır. Portalın fəlsəfəsi – avtonəqliyyat vasitələrinə dair bütün xidmətlərin bir pəncərədən idarə olunmasını təmin etməkdir. Portalın həm veb həm də modern mobil tətbiqi xidmətinizdədir. Portalda, tamamilə pulsuz şəkildə, avtomobil elanları yerləşdirmək mümkündür. Bazara yeni nəfəs olaraq, istifadəçilər həmçinin Mashin.AL-da elanlarını 360 dərəcə panorama şəklində yerləşdirə bilər. Bu elanın, həm vizual olaraq daha keyfiyyətli görüntüsünün olmasına, həm də müştərinin avtomobili hər tərəfli aydın görməsinə imkan yaradır. Ən əsası, bu xidmət bütün istifadəçilər üçün ödənişsizdir. “Qaraj” bölməsindən istifadə edərək istifadəçilər cərimə bildirişlərini anında ala biləcək, cərimələnmə zamanına aid foto və video görüntüləri görə biləcəklər. Bununla yanaşı cərimələrin toplu şəkildə ödənişini də Mashin.AL ilə yerinə yetirərək əlavə xərclərdən qurtulmaq mümkündür. “Salonlar” bölməsindən yerli avtosalonlar və rəsmi nümayəndəliklər barəsində məlumat əldə edə bilər, onların elanları ilə tanış ola bilərsiniz. Mashin.AL-ın yeni istifadəyə verdiyi “Sifarişlə avto” bölməsi ilə həmçinin, xaricdən maşın sifariş etmək də mümkündür. Bu bölmədən seçdiyiniz tərəfdaş ölkə xaricində bəyəndiyiniz avtomobili, bütün prosesləri öz üzərinə götürərək sizə çatdıracaq. “E-xidmətlər” bölümündə bir sıra faydalı xidmətlər - “gömrük rüsumu kalkulyatoru”, “alkotest”, “bələdçi”, “axtarış şablonları”, “müqayisələr” və digər elektron xidmətlərdən yararlana bilərsiniz. Mashin.AL olaraq göstərdiyimiz xidmətlər sırasına “Mashin.TV”ni də əlavə edə bilərik. “Mashin.TV”dən istifadəçilər avtomobil dünyasının ən son yenilikləri, yerli qanunvericiliyi, maraqlı məlumatları, maarifləndirici videoları izləyə biləcəklər.
Layihənin linki
www.mashin.al
Digər linklər
App store Play store App gallery Facebook Instagram Telegram Tiktok

Mashin.AL

Yaradılıb: Oct 30, 2023
Qurucu
Elçin Məmmədov
Elçin Məmmədov
Kateqoriya
İlin rəqəmsal biznes həlli