Layihə haqqında
KidFi övladlarınızın gələcəyə daha da müstəqil addım atmağa yardımçı olacaq mobil platformadır.
KidFi iki mobil əlavədən ibarətdir. Biri valideyn, biri isə övladınız üçün.
Valideyn olaraq mobil proqramm yüklənilir, övladınız əlavə olunur və sistem avtomatik bir QR generasiya edir. Bu QR ilə artıq övladınız yüklədiyi mobil əlavəyə daxil olarkən sistem artıq sizin valideyninizi tanıyır.
Beləliklə övladınız mobil əlavə vasitəsi ilə həftəlik əsasən maliyyə savadlılığı, peşə seçimi, sığorta və texnoloji yeniliklər haqqında animasiya şəklində 3-4 dəqiqlik öyrədici videolar ilə tanış olacaq. Video ilə tanış olduqdan sonra, eyni mövzu ilə bağlı sadə testlər ilə mövzunun nə dərəcədə qavranıldığı yoxlanılacaq. Mövzunu tam qavrayanlara sistem bonus şəklində “KidFi coin” təqdim edəcək. Bu coin-lər uşaqlara aid xüsüsi yerlərdə endirim, habelə bu coin-ləri real pula çevirmək imkanı veriləcək. Mobil platformada uşaqlar üçün rəqəmsal bank kartının açılması nəzərdə tutulur.
Valideynlər övladların gündəlik, həftəlik progress-ini və rəqəmsal kartı ilə övladların pulların nəzarət edə biləcəklər. Habelə olaraq valideyn və övlad üçün mobil platformanın daha da maraqlı və əyləncəli etmək üçün, valideynlər övladlarına mobil əlavə vasitəsi ilə tapşırıqlar verilməsi nəzərdə tutulub. Hər tapşırığın yerinə yetirilməsinə görə övladlara bonus olaraq “KidFi coin” əldə edilməsi nəzərdə tutulub.
Layihənin linki
kidfi.az