Layihə haqqında
Biznes mühitinin yaxşılaşdırılması, eləcə də əhalinin normativ aktlar barədə məlumatlandırılması, onların mətni ilə rahatlıqla tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə on minlərlə normativ sənədi ehtiva edən və interaktiv rejimdə fəaliyyət göstərən “Hüquqi aktların vahid elektron bazası”dır (e-qanun.az).
Respublikanın qanunvericilik sisteminə daxil olan aktların mətnləri ilə yanaşı, Ali Məhkəmənin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Tarif Şurasının, habelə BMT-nin Təhlükəsizlik Şurasının bəzi qərarlarının da yerləşdirilmişdir.
Eyni zamanda informasiya resursunun mobil tətbiqi normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. İstifadəsi çox asandır. İstənilən yerdə, istənilən vaxt qanunvericilik aktının mətni ilə ani rejimdə tanış olmaq, əldə etmək mümkündür. Tətbiq telefona asanlıqla yüklənir, müxtəlif platformalar üzərindən heç bir qeydiyyat tələb olunmadan yararlanmaq olur. Tətbiq tam ödənişsizdir.
Layihənin linki
e-qanun.az
Digər linklər
App store
Play store