Layihə haqqında

Danışan Kitab mobil tətbiqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə hazırlanmışdır. Mobil Tətbiq vasitəsi ilə görmə imkanları məhdud vətəndaşlarımız rahatlıqla istədikləri kitabları dinləyə biləcəklər. Mobil tətbiqdə uşaqlar üçün Xalq nağılları, xarici nağıllar, həmçinin dərsliklər bölməsi yaradılmışdır. Bu bölmələrə daxil olaraq görmə imkanı məhdud balaca qəhrəmanlarımız istədikləri nağıla qulaq asa və əylənə bilərlər. Dərsliklər bölməsində isə hazırda tədris prosesində istifadə olunan dərsliklər yer almaqdadır. Balaca qhrəmanlarımız bu bölmə vasitəsi ilə həm əylənə, həm də dərslərinə hazırlaşa bilərlər. Mobil tətbiqdə həmçinin tanınmış Azərbaycan yazıçılarının əsərləri, o cümlədən romanlar və şeirlər bölməsi də yaradılmışdır. Tətbiqdə Nizami Gəncəvi, Cəlil Məmmədquluzadə, Əbdülrəhimbəy Haqverdiyev, Cəfər Cabbarlı kimi Azərbaycan ədəbiyyatında iz qoymuş yazar və şairlərimizin əsərlərini dinləyə bilərsiniz. Həmçinin Antuan de sent Eksüperi, Anni Şmidt, Şarl Perro, Ernest Heminquey kimi dünya ədəbiyyatı ulduzlarının əsərləri də mobil tətbiqdə yer almaqdadır. Mobil tətbiqdə həmçinin “Qanunlar” adlı bölmə də yaradılmışdır. Burada görmə imkanları məhdud vətəndaşlarımız qanunla onlara nəzərdə tutulan imtiyazlarla tanış ola bilərlər. Mobil tətbiqdə olan bütün kitablar tanınmış şəxslər tərəfindən səsləndirilmişdir. Bu günkü statistikaya əsasən mobil tətbiqə 400 - dən çox səsli vəsait yüklənmişdir. Mobil tətbiqi Android istifadiçələri Play Market, İOS istifadəçiləri isə App Store platformasına daxil olaraq çox rahatlıqla yükləyə bilərsiniz.
Layihənin linki
danishankitab.az
Digər linklər
App store Play store Sosial Xidmət Agentliyinin Veb Səhifəsi

Danışan Kitab - Mobil Tətbiq

Yaradılıb: Nov 16, 2023
Qurucu
Əfsun Səmədzadə
Kateqoriya
İlin rəqəmsal mədəniyyət və turizm həlli