Layihə haqqında
Sonlar təhsildə İKT-nit tətbiqi geniş vüsət almışdır. Məktəblərin internetlə təmin edilməsi dərslərdə internet resurslarını ələçatan edir. Şagirdlər və abituriyentlərin müstəqil hazırlaşmaqları üçün ana dilində fənlər üzrə elmi elektron resursların olması əsas şərtlərdən biridir. Hazırladığımız fizika blogu dərsdə bir müəllimin fizikadan ehtiyac duyduğu bütün elektron resurslarla təmin edilmişdir. Misal üçün elektron qiymətləndirmə (KSQ və BSQ), onlayn interaktiv testlər, virtual lobaratoriya, simlyasonlar, video təcrübələr, video dərslər, olimpiada , qəbul suallarının nümünələri və izahlı həlləri və s göstərə bilərik. Blog bir növ fizika fənni üzrə elektron elmi-metodik bazadır.
Blogda reklam yayımlanmır, bütün resurslar ödənişsizdir. Məqsəd fizika fənninə maraq oyatmaq, fizika müəllimlərinə, şagirdlərə, abituriyentlırə və fizikaya marağı olan hər kəsə kömək etməkdir.
Layihənin linki
azfizik.blogspot.com