Layihə haqqında
Autizm Dərs - Online Dərs Platforması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında hazırlanmışdır.Mobil tətbiq və veb səhifə vasitəsilə autizm sindromundan əziyyət çəkən uşaqların valideynləri autizm ilə bağlı nəzəri və praktiki biliklərini artıra, uşaqlarının inkişafına dəstək ola bilər. Bu layihədə pediatr, psixiatr, uşaq psixoloqu, loqoped, özəl pedaqoq və müalicəvi idman müəllimlərinin iştirakı ilə sağlamlıq imkanları məhdud uşaqların, xüsusən də autizm sindromundan əziyyət çəkən uşaqların valideynləri üçün evdə reabilitasiyaya dəstək vermək məqsədilə video dərslər hazırlanıb. Veb səhifəyə və mobil tətbiqə daxil olarkən valideynlər dərslər bölməsinə daxil olub video dərslərin kateqoriyaları ilə tanış ola bilərlər. Bu kateqoriyalara idrak, qavrama, kiçik motor, böyük motor, sosial, nitq, təqlid, autizm diaqnozu, kənar təsir, ABA terapiya, ABA tapşırıq, oyun və akademik bacarıqlar aiddir. Tətbiq və veb səhifədə yerləşdirilən video dərslər vasitəsilə valideynlər uşaqlarının sərbəst şəkildə inkişaf sahələri üzrə bacarıqlarının artırılmasını nəzərdə tutan video dərsləri izləyə bilir, həmçinin bu tətbiq vasitəsilə valideynlər qrafik üzrə video dərslərə xatırlatma qoya bilir, izlədiyi videoları müəyyən edə bilir və planlaşdırma apara bilir. Layihə sağlamlıq imkanları məhdud uşaqların inkişafına dəstək missiyasını həyata keçirmək, valideynlərin bu istiqamətdə bacarıqlarının artırılmasına nail olmağı planlaşdırır. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların inkişafınını nəzərdə tutan 12 kateqoriya üzrə 500 - dək video dərs mövzuları müəyyən olunmuşdur. Bu mövzular əsasında 500 - dək video dərsin senarisi mütəxəssislərlə birlikdə hazırlanmış və video dərslərin çəkilişi üçün məkan və ləvazimatlar təmin edilmişdir. Video dərslərin çəkilişi xüsusi komanda – rejissor, operator, səs mütəxəssisi və montaj mütəxəssisi tərəfindən həyata keçirilmişdir. Çəkilişlər tamamlandıqdan sonra montaj mütəxəssisi və uşaq inkişaf mütəxəssisi birlikdə montajı həyata keçirmişdir. Video dərslərin mövzuları və məzmunu pediatr, psixiatr, uşaq inkişaf mütəxəssisi, psixoloq, loqoped, idman müəllimi və pedaqoqun daxil olduğu layihə komandası tərəfindən hazırlanmışdır. Video dərslərin məzmunu hazırlanan zaman Türkiyə, Rusiya və Qərb mütəxəssislərinin tədris proqramı və vəsaitlərindən istifadə olunmuşdur. Mobil Tətbiqi App Store və Play Market Platformalarından yükləyə bilərsiniz.
Layihənin linki
www.autizmders.az
Digər linklər
App store
Play store
Sosial Xidmətlər Agentliyinin Veb Səhifəsi