Alimok distant təhsil platforması

Layihə haqqında

Alimok 3-10 yaşlı uşaqlar üçün doğma dilimizdə ilk dəfə Professional IT komandası tərəfindən reallaşan və 24000 istifadəçi sayı olan oyun şəklində distant təhsil platformasıdır. Uşaqların şəxsi inkişafı və zehni biliklərinin inkişaf etdirilməsini qarşısına məqsəd qoyaraq “Alimok” platformasının əsas missiyası- valideyn, pedaqoq və uşaqların birgə fəaliyyəti nəticəsində tədrisin daha interaktiv və yaddaqalan olmasını təmin etmək, erkən inkişaf və məktəb dövrünə aid materialları uşaqlara intellektual oyun formasında çatdıraraq, uşaqlarda söz bazasını artırmaq, dünyagörüşünü genişlətmək, təhsilə olan marağını artırmaq və sərbəst məşğul ola bilmək vərdişlərini inkişaf etdirməkdir. Layihəmizin 3 illik fəaliyyəti nəticəsində bir sıra dövlət qurumları ilə əməkdaşlıq etmiş və bir çox nailiyyətlər əldə etmişik: ✔️ Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən "Uşaqların fərdi inkişafı və əqli biliklərinin inkişafı üçün təhsil platforması" startap sertifikatı; ✔️ Azərbaycan-Türkiyə layihəsi olan TECHNOFEST - Sosial yönümlü layihələr üzrə finalçı və sertifikat sahibi. ✔️ Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnoland İnkubasiya və Akselerasiya Mərkəzində startap layihə olaraq inkubasiya proqramının üzvüyük. ✔️ Layihəmizin təqdimatı Lotfizadeh Texnology Center tərəfindən təşkil olunan Angels İnvestor Club açılışında baş tutmuşdur və Sabah Hub Akselerasiya proqramına dəvət almışıq. ✔️ Hal -hazırda Asan İnnovativ İnkişaf Mərkəzi və Elm və Təhsil Nazirliyi tərəfindən təhsil nümayəndələri üçün təşkil olunan təlimlərdə məlumatlandırıcı təqdimatlarımız həyata keçirilir. ✔️Eyni zamanda “İDDA AWARDS” ilin texnoloji yarışında EDTECH kateqoriyasında WOMEN IN TECH nominasiyası üzrə iştirakçıyıq. İnnovativ texnologiya əsasında hazırlanmış bu intellektual məhsulun bazardakı potensialını əsas gətirərək bu məhsulun innovativ yönümlü və gələcəkdə təhsil xidmətləri sahəsində perspektivli bir resursa çevrilməsi üçün veb saytımızda təkmilləşdirmə işlərini davam edirik, mobil tətbiqimiz hazırlanma prosesindədir.
Layihənin linki
alimok.com
Digər linklər
Linkedin

Alimok distant təhsil platforması

Yaradılıb: Nov 16, 2023
Qurucu
Vusala Heybatova
Vusala Heybatova
Kateqoriya
İlin rəqəmsal təhsil resursu