Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

05.10.2016

Milli İnternet Mükafatı – Milli Net 2016 başlayır

Milli Net Təşkilat Komitəsi bildirir ki Milli İnternet Mükafatına 05 oktyabr 2016-cı il tarixdə start verilir.

İddiaçılar www.millinet.az saytında  qeydiyyatdan keçərək öz İnternet resursları və İnternet layihələrini təqdim edə bilərlər. Ötən illərdə Milli Net-də qeydiyyatdan keçənlər həmin hesablarla sistemə daxil ola bilərlər.



Bu il Milli Net 2016  yarışması  11 Nominasiya üzrə keçiriləcək.


1.    Korporativ saytlar
2.    İctimai-sosial saytlar
3.    Media və İnformasiya
4.    Mədəniyyət, incəsənət və turizm saytları
5.    Ailə, uşaq və sağlamlıq
6.    Bloqlar
7.    Elm və təhsil
8.    Elektron hökumət
9.    Xidmət (Servis) –eTicar
ət
10.  Mobil tətbiqlər
11.  Ən yaxşı sosial şəbəkə səhifəsi

Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.

Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir.
Qaydalara uyğun olaraq Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az  saytında yerləşdirilir.

Yekun səsvermədə Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.
Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 25 noyabr tarixdə başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin  dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Bu il müsabiqənin rəsmi saytının dizaynı dəyişib, saytda yenilənmə işləri aparılıb


Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,  Delta Telecom, LENOVO və Bestcomp şirkətləri dəstək verir.


Geniş məlumat : www.millinet.az

Milli Net TK
Veb:      www.millinet.az    
E-mail: award@millinet.az -

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az