Sayt haqqında rəyiniz:

MyExcelWorld

https://www.facebook.com/MyExcelWorld


Səhifəmizdə Big Data-lar və Məlumat Bazaları (DWH) ilə işləyən zaman qarşıya qoyulan hədəflərə çatmaq üçün tədbiq olunan xüsusi fəndlərin Microsoft Excel və Power BI üzərindən həllərinin nümayişi həyata keçirilir. 2015-ci ilin sonlarından etibarən izləyici auditoriyasının istəyi nəzərə alınaraq materiallar ingilis dilində hazırlanır və təqdim olunur.

Şərhlər

Elnur Osmanov :: istifadəçi 01.12.2016 ~ 17:16

Uğurlar olsun Aydın!

Aydin Əliyev :: istifadəçi 01.12.2016 ~ 20:33

Təşəkkür Edirəm, Elnur qardaş!

Aynur Vəliyeva :: məzmun münsifi 05.12.2016 ~ 21:46

Facebook səhifəsi tam olaraq inglis dilindədir, müsabiqənin şərtlərinə əsasən mütləq Azərbaycan dilində kontent olmalıdı.

Aydin Əliyev :: istifadəçi 06.12.2016 ~ 16:33

Salam Aynur xanım, qeydiyyatdan keçərkən qaydalarla tanış olmuşam və hesab edirəm ki, qaydaların 3-cü bəndinə görə iştirak üçün tam uyğundur. Əks təqdirdə yəqin ki, müsabiqədə iştirak üçün qəbul edilməzdi.

Səhifədə təqdim olunan video təqdimatlar ingilis dilində də çoxluq təşkil etmir və bu səbəbdən dolayı xarici izləyici auditoriyasının çoxluğu və rəyi nəzərə alınaraq xarici dildə təqdim olunur.

Qeyd
Qaydalar:
3.Müsabiqədə ancaq Azərbaycan dili versiyası olan saytların iştirakına icazə verili

Aydin Əliyev :: istifadəçi 06.12.2016 ~ 16:34

Qaydalar:
3.Müsabiqədə ancaq Azərbaycan dili versiyası olan saytların iştirakına icazə verilir. Yalnız Azərbaycanı xaricdə tanıtmaq və təbliğ etmək məqsədilə yaradılan saytların xarici dildə olması məqbul hesab olunur.

Şərh yazmaq üçün xahiş edirik qeydiyyatdan keçin və hesabınıza daxil olun.