Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

25.11.2013

Milli Net 2013-də saytların qeydiyyatı başa çatıb

Milli Net Təşkilat Komitəsi bildirir ki, noyabrın 23-ü saat 24.00-da  Milli Net-də saytların qeydiyyatı başa çatıb. Bu il Milli İnternet Mükafatına 14 Nominasiya üzrə  401 sayt təqdim edilib və hələlik 307 sayt Müsabiqəyə qəbul olunub.
Saytların qeydiyyat müddəti bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.
Bu müddətədək saytlarını qeydiyyatdan keçirib təqdim edənlər, lakin müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən  Müsabiqəyə buraxılmayanlar  1-ci səsvermə başa çatanadək yenidən müraciət edə bilərlər.
Hazırda Milli Net-ə qəbul edilən saytların 1-ci səsvermə prosesi başlayıb və dekabrın 2-si başa çatacaq. 1-ci səsvermənin yekunu olaraq Milli Net –in Nominantları seçiləcək və  Nominantlar arasından 2-ci səsvermə nəticəsində Milli İnternet Mükafatının qalibləri müəyyən olunacaq.
2-ci səsvermə prosesi dekabr 3-ü başlayacaq və dekabrın 15- i yekunlaşacaq.
Münsiflərin verdikləri qiymətlər və şərhlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı TƏQDİMAT mərasiminin  dekabrın sonunda keçirilməsi nəzərdə tutulub. 
Hazırda Təşkilat Komitəsi qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görür.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.  RİTN və Delta Telecom şirkətləri də Milli İnternet Mükafatına  dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az     saytında yerləşdirilib.

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in