Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

17.10.2009

Milli Net - in Təşkilat Komitəsinin Müsabiqə Komissiyası üzvləri ilə birgə toplantısı keçirilib

Toplantıda   Milli Net Təşkilat Komitəsi tərəfindən Müsabiqəyə start veriləndən sonrA görülən işlər haqqında məlumat  verilib. Eyni zamanda Qeydiyyat prosesinin  gedişi  və qeydiyyatından imtina edilən saytların  imtina  səbəbləri ə haqqında məlumatlar verilib. Təşkilat Komitəsinə  daxil olan Müraciətlər  və onların icrası haqqında  da məlumat verilib.

Təşkilat Komitəsinin üzvləri Amid Quliyev və Şaiq Muradov Müsabiqənin səsvermə Qaydaları haqqında Müsabiqə Komissiyası üzvləri üçün təqdimat nümayiş etdiriblər. Qeyd  olunduğu kimi Səsvermənin 2  mərhələdə keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə səsvermə prosesinin 01 noyabrdan başlanması  və Qeydiyyat prosesi bitən günədək – 30  noyabr tarixədək  davam etməsi nəzərdə tutulub. Yekun səsvermə prosesi 30 noyabr tarixdə  başlanacaq.

Görüşdə Müsabiqə Komissiyası üzvlərindən bəzilərinə aid olan  saytların da qeydiyyatdan keçməsi  haqqında məlumat  verilib. Qeydiyyatdan  keçən saytlara aidiyyatı olan Komissiya üzvlərinə bununla  bağlı yekun  qərara gəlməsi - Qaydalara uyğun olaraq  ya  bu saytların müsabiqədən çıxarılması  ya da Müsabiqə Komissiyası üzvlüyündən imtina etməsi tövsiyə olunub.

Görüşdə Müsabiqə Komissiyası üzvlərini  maraqlandıran suallar cavablandırılıb.

Milli Net
Təşkilat Komitəsi

 

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in