Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

09.10.2009

Milli Net - in Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.

Toplantıda  Qeydiyyat prosesinin gedişi ilə  bağlı müzakirələr aparılıb. Müsabiqənin gedişində aktivliyin  artırılması istiqamətində tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib. Bu istiqamətdə  reklam işlərinin təşkili,  fərdi qaydada müraciətlərin edilməsi, yaxın vaxtlarda Milli kontentlə  bağlı Dəyirmi Masanın keçirilməsi və s. bir sıra digər maarifləndirici tədbirlərin keçirilməsi vacib hesab olunub

Müzakirələrdə istifadəçilər  tərəfindən Təşkilat Komitəsinə ünvanlanan müraciətlər, şikayətlər və təkliflərlə  bağlı məlumat dinlənilib.
Yenidən edilən müraciətlər əsasında bir  sıra hallarda qeydiyyatdan keçən saytların Nominasiyalarında  dəyişikliklər  aparıldığı bildirilib. Həmçinin daha uğurlu Nominasiya  seçimi ilə  bağlı Qeydiyyatdan keçən sayt sahiblərinə TK tərəfindən  müraciətlərin edilməsi məqsədəmüvafiq hesab olunub.
Xeyli sayda saytların qeydiyyatdan keçiməməsinin səbəbimin də Milli Net –in kodunun saytda yerləşdirilməməsi olduğu qeyd edilib. Bu  qurumlara müvafiq kodun yerləşdirilməsi ilə  bağlı  bir  daha müraciət edilməsi qərara alınıb.

Müsabiqə Komissiyası üzvləri ilə görüşün növbəti həftədə keçirilməsi qərara alınıb.

Təşkilat Komitəsi tərəfindən müəyyən olunan xüsusi nominasiya ilə  bağlı müzakirə aparılıb. Bu nominasiya üzrə  qeydiyyatın aparılmadığı diqqətə çatdırılıb. Bu cür nominasiyalar üzrə mükafatların isə xüsusi ekspertlər və uyğun sahə üzrə qurumların rəyi əsasında Təşkilat Komitəsinin qərarı ilə həyata keçiriləcəyi haqqında məlumat verilib.

Müzakirələrdə  bir  daha müxtəlif mərhələlərdə keçiriləcək səsvermənin prinsipləri və detalları ətrafında  müzakirələr  aparılıb və ümumi rəy əldə olunub. Hər  bir  qiymətləndirmə istiqaməti ( dizayn, funksionallıq və kontent) üzrə zəruri kriteriyaların açıqlamasının hazırlanması və Münsiflər Komissiyasına  təqdim edilməsi məqsədəuyğun hesab edilib.

Müzakirələrdə Müsabiqənin daha uğurlu keçirilməsi ilə  bağlı  digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Milli Net
Təşkilat Komitəsi

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in