Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

03.10.2009

Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin Təşkilat Komitəsinin Məlumatı

Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda  Müsabiqənin  gedişi ilə bağlı məsələlər müzakirə olunub.

Müzakirələrdə millinet.az  saytında istifadəçilərin daha rahatlığı ilə bağlı aparılan təkmilləşdirmələr haqqında məlumat verilib. Qeydiyyat prosesinin daha çevik və effektiv qurulması istiqamətində atılan addımlar , həmçinin statistik məlumatların yerişdirilməsi, sonuncu təsdiqlənən saytların saytda verilməsi də müsbət dəyərləndirilib.

Təşkilat Komitəsinə daxil olan müraciətlərlə bağlı məlumat verilib. Bir sıra saytlar, xüsusilədə bloqlarda Milli Net bannerinin kodunun yerləşdirilməsində problemlərin olması diqqətə çatdırılıb. Java Script –i dəstəkləməyən resurslar üçün əlavə kod  variantının hazırlanması və istifadəçilərə təqdim edilməsi məqsədəuyğun hesab edilib. Həmçinin qeydə  alınan, lakin müəyyən səbəblərdən Milli Net kodunu saytında yerləşdirməyən resurslara Təşkilat Komitəsi adından Qaydaların tələblərinə  əməl edilməsi ilə bağlı məktub göndərilməsi vacib hesab olundu.

Qeydiyyatından imtina edilən saytlarla bağlı Moderatorrların məlumatları dinlənilib. Bu cür saytları təqdim edənlərlə millinet.az vasitəsilə intensiv yazışmaların aparıldığı  imtina olunan saytların  bir çoxunda qüsurların aradan qaldırılmasından sonra yenidən müraciət əsasında təsdiqlənməsi haqqında məlumatlar  verildi

Milli Net saytında, xüsusilə də qeydiyyat prosesindəki yeniliklərlə bağlı saytın “Tez-tez verilən suallar” bölməsində izahedici məlumatların verilməsi məqsədəuyğun hesab edilib.

Müzakirələrdə Müsabiqənin reklam işinin təşkili, Müsabiqə Komissiyasının üzvlərinin toplantısına hazırlıq və s. digər məsələlər ətrafında müzakirələr aparılıb

Milli Net
Təşkilat Komitəsi

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in