Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

26.11.2012

Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

Milli Net Təşkilat Komitəsi bildirir ki, 25 noyabr tarixdə saat 24.00-da  Milli Net-də saytların qeydiyyatı başa çatıb. Bu il Milli İnternet Mükafatına 13 Nominasiya üzrə  399 sayt təqdim olunub.
Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.

Bu müddətədək saytlarını qeydiyyatdan keçirib təqdim edənlər, lakin müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən  Müsabiqəyə buraxılmayanlar və Gözləmədə olanlar 1-ci səsvermə başa çatanadək yenidən müraciət edə bilərlər.

Hazırda Milli Net-ə qəbul edilən saytların 1-ci səsvermə prosesi davam edir və 30 noyabr tarixdə başa çatacaq. 1-ci səsvermənin yekunu olaraq Milli Net –in Nominantları seçiləcək və  Nominantlar arasından 2-ci səsvermə nəticəsində Milli İnternet Mükafatının qalibləri müəyyən olunacaq.
2-ci səsvermə prosesi 03 dekabr tarixdə  başlayacaq və 15 dekabr tarixdə yekunlaşacaq.

Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı TƏQDİMAT mərasiminin  dekabrın 2-ci ongünlüyündə  keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telecom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına  dəstək verirlər.

Daha geniş məlumat www.millinet.az     saytında yerləşdirilib.

Milli Net TK
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in