Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

19.11.2011

Qeydiyyat prosesi 20 Noyabr tarixdə saat 24.00 da başa çatır.

Diqqət !
Artıq məlumat verildiyi kimi Qeydiyyat prosesi 20 Noyabr tarixdə saat 24.00 da başa çatır. Bu müddət  bitdikdən sonra hər hansı yeni bir sayt və ya İnternet layihə Müsabiqəyə təqdim edilməyəcək.
Bu müddətədək Qeydiyyatdan keçən lakin Müsabiqəyə qəbul edilməyən saytların ( Gözləmədə olan və ya  Qeydiyyatından müxtəlif səbəblərdən müvəqqəti imtina olunanlar) Müsabiqəyə


buraxılması prosesi 1-ci səsvermə mərhələsi başa çatanadək davam edəcək.
1-ci səsvermə prosesi başa çatan andan, yəni 30 noyabr tarixdən etibarən hər hansı bir sayt Müsabiqəyə BURAXILMAYACAQ.
 
1-ci mərhələ səsvermənin  nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar  müəyyən olunacaq.
Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.

2-ci səsvermə prosesi dekabrın əvvəli  başlayacaq və 15 dekabr tarixdə yekunlaşacaq.  Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılmasından ibarət yekun TƏQDİMAT mərasiminin  dekabrın 2-ci ongünlüyündə  keçirilməsi nəzərdə tutulub. 

Milli Net TK
 

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in