Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

10.11.2011

Milli Net 2011-də İnternet layihələrin və saytların qeydiyyat müddəti 5 gün uzadılıb

 Milli Net Təşkilat Komitəsi  bildirir ki,  Müsabiqəyə  təqdim olunan İnternet resursların qeydiyyat müddəti daha 5 gün uzadılıb. Beləliklə Milli Net 2011 də İnternet resursların


Qeydiyyat müddəti 20 Noyabr tarixdə başa çatır. Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.

Milli Net TK bildirir ki, Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək.
1-ci mərhələ səsvermə prosesi 15 Noyabr tarixdə başlanacaq və 30 Noyabr tarixdə başa çatacaq. 1-ci mərhələ səsvermənin  nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar  müəyyən olunacaq.
Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.

2-ci səsvermə prosesi dekabrın əvvəli  başlayacaq və 15 dekabr tarixdə yekunlaşacaq.  Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılmasından ibarət yekun TƏQDİMAT mərasiminin  dekabrın 2-ci ongünlüyündə  keçirilməsi nəzərdə tutulub. 

Milli Net TK bir daha  bildirir ki, 20 Noyabr tarixdə saat 24.00 dan etibarən  saytların Qeydiyyat prosesi dayandırılacaq.

TK bildirir ki, Müsabiqəyə qatılmaqla bağlı Gözləmədə olanlar  və Qeydiyyatından müvəqqəti imtina edilənlər 1-ci səsvermə prosesi başa çatan andan Müsabiqəyə buraxılmayacaq.

Milli Net TK
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in