Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

17.10.2011

Milli Net TK Təşkilat Komitəsinin məlumatı dinlənilib

 Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.
Toplantıda Milli Net 2011 Müsabiqəsinin gedişi, .az domeninin qeydiyyaı prosesindəki problemlər və digər cari məsələlər müzakirə edilib.


Toplantıda Milli Net TK Təşkilat Komitəsinin məlumatı dinlənilib. Müsabiqənin Qaydalara müvafiq olaraq  uğurla davam etdiyi qeyd olunub. Müsabiqəyə təqdim olunan resursların qeydiyyatı prosesinin aktivləşdirilməsinin zəruriliyi və müsabiqə ilə bağlı reklam-informasiya işlərinin gücləndirilməsinin vacibliyi qeyd olunub. AİF tərəfindən Milli Net 2011 –də səsvermə prosesini gerçəkləşdirəcək Münsiflər Komissiyasının tərkibi təsdiq olunub.

AİF- in toplantısında .az  domeninin qeydiyyat prosesinin qanunvericiliyə və beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində uzun müddətdən bəri davam edən problemin hələ də həllini tapmadığı bildirilib.  Qeydiyyatla bağlı İnternet ictimaiyyətinin maraqlarına cavab verən qurumun formalaşmayıb, online qeydiyyat sistemi  yaradılmayıb və şəffaflıq təmin olunmayıb.  Son dövrlərdə isə  .az  domeninin qeydiyyatında məsuliyyətsizlik və özbaşınalıq hallarını gücləndiyi qeyd olunub. Cari ildə ölkədə İnternetin İdarəolunması üzrə Beynəlxalq Forumun keçiriləcəyini baxımından bu problemin həllinin daha da aktual olması diqqətə çatdırılıb. Toplantıda bu problemin həlli ilə bağlı bir daha RİTN-lə danışıqlar aparılması, birgə Qeydiyyata qaydalarının və qanunvericilikdə nəzərdə tutulduğu qaydada tənzimləmə mexanizminin yaradılması istiqamətində nəzərdə tutulan  işlərin davam etdirilməsi vacib hesab edildi.

Toplantıda həmçinin ölkədə Yeni media sahəsində aparılan işlərlə, İnternetin keyfiyyət-qiymət probleminin həlli ilə bağlı,  yeni Bakbone provayderin fəaliyyətə başlaması, elektron xidmətlərin təqdim edilməsi istiqamətində atılan addımlar haqqında məlumatlar dinlənilib.

AİF
Tel :    492-44-44
Veb:   www.aif.az
E-mail: info@cit.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az