Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

13.11.2010

Milli Net - in Təşkilat Komitəsinin Müsabiqə Komissiyası üzvləri ilə birgə toplantısı keçirilib

Toplantıda   Milli Net Təşkilat Komitəsi tərəfindən  görülən işlər haqqında məlumat  verilib.

Təşkilat Komitəsinin üzvləri Amid Quliyev və Şaiq Muradov Müsabiqənin səsvermə Qaydaları haqqında Müsabiqə Komissiyası üzvləri üçün təqdimat nümayiş etdiriblər. Qeyd  olunduğu kimi Səsvermənin 2  mərhələdə keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə səsvermə prosesinin 10 noyabrdan başlanması  və Qeydiyyat prosesi bitən günədək – 20  noyabr tarixədək  davam etməsi nəzərdə tutulub. Yekun səsvermə prosesi 20 noyabr tarixdə  başlanacaq və 04  dekabradək  davam edəcək.
Təqdimatdan sonra TK üzvləri  və Munsiflər Müsabiqöənin gedişi və səsvermə qaydaları ilə bağlı fikir mübadiləsi ediblər.

Görüşdə artıq qeydiyyatdan  keçən saytlara aidiyyatı olan münsiflərə bununla  bağlı yekun  qərara gəlməsi - Qaydalara uyğun olaraq  ya  bu saytların müsabiqədən çıxarılması  ya da Müsabiqə Komissiyası üzvlüyündən imtina etməsi tövsiyə olunub.

Görüşdə Müsabiqə Komissiyası üzvlərini  maraqlandıran suallar cavablandırılıb.

Görüşdə müsabiqəyə təqdim olunan  bəzi resursların sonradan aktiv olmaması məsləsinə də toxunulub. Xüsusilə Azeribloq platforması üzərində qurulan  bloqların artıq fəaliyyət  göstərməməsi haqqında məlumat  nəzərə alınıb.

Toplantıda Milli Net 2010-da  qeydiyyat prosesində aktivliyin artırılmasının, reklam və məlumat-infromasiya yönümlü fəaliyyətin gücləndirilməzinin zəruriliyi də qeyd olunub.

Toplantıda bəzi Nominasiyalar  üzrə hələlik az sayda resursların qeydiyyatdan keçməsi , rəqabətin yetərli olmaması və bu Nominasiya üzrə qalibin müəyyən edilməsi məsləsi ətrafında müzakirələr  aparılıb.Yekun qərarın TK tərəfindən veriləcəyi nəzərdə tutulub.

 
Milli Net
Təşkilat Komitəsi

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in