Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

16.10.2010

Müsabiqə Qaydalarını pozanlar Milli Net TK -nın qərarı ilə Müsabiqədən kənarlaşdırılıb.

Milli Net Təşkilat Komitəsi bildirir ki, Müsabiqənin Əsasnaməsinə uyğun olaraq  iştirakçılar tərəfindən yazılan şərhlərə TK tərəfindən  nəzarət olunur.

Bu məqsədlə Təşkilat Komitəsi tərəfindən Moderatorlar müəyyən olunub və  onlar şərhlərə nəzarət  edir , həmçinin iştirakçılar  tərəfindən  daxil olan müraciətlər əsasında  şərhlərin Müsabiqənin maraqlarına  cavab verməsi istiqamətində araşdırmalar aparırlar.

Milli Net TK  bildirir ki,  ötən müddət ərzində Moderatorlardan daxil olan məlumatlar  bir  sıra iştirakçılar tərəfindən yazılan şərhlərdə Müsabiqənin  Əsasnaməsinin pozulmasına səbəb olan halların olduğunu göstərir. Həmçinin bir sıra iştirakçılar tərəfindən təhqir və böhtan xarakterli, etikadan kənar ifadələr işlədilib, mövzudan kənar, şəxsi  müzakirələrə yer verilib.

Milli Net TK təəssüflə bildirir ki, bu tip  hadisələr  yalnız  müsabiqəyə təqdim olunan  bir-iki resurs ətrafında olub.

Şərhlərin yazılmasında Müsabiqənin Əsasnaməsini kobud  surətdə pozduğuna görə Milli Net TK tərəfindən  11.10.2010 cu il tarixdə iştirakçı Aslan Əlişahoğluna son xəbərdarlıq edilib.
Həmçinin  Həsənov O., Səmədov V, Hüseynova L, Rauf Proqramist , Qədirova L , SAVASH, S.B adları ilə fəaliyyət göstərən iştirakçılara xəbərdarlıq  edilib.

Bütün bunlara  baxmayaraq Moderatorlardan daxil olan məlumatlar  bir daha təsdiq  edib ki, Aslan Əlişahoğlu tərəfindən müxtəlif resurslara yazılan şərhlərdə Müsabiqənin Əsasnaməsinin tələbləri yenə də pozulmaqda dava etmiş, bu şərhlərdə etikadan kənar ifadələrin, təhqir  xarakterli yazılardan istifadəyə yol verilmişdir.

Bütün bunları nəzərə alaraq Milli Net TK 16.10.2010-cu il tarixdə Aslan Əlişahoğlunun Müsabiqə iştirakçılığından kənarlaşdırılması haqqında qərar qəbul edib.

Milli Net TK  bir daha müsabiqə iştirakçılarına bildirir ki, şərhlərin yazılmasında Müsabiqənin tələblərinin pozulmasına yol verən iştirakçı dərhal Müsabiqədən kənarlaşdırılacaq


Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in