Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

09.10.2010

Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib

Bu gün Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda  Müsabiqəyə təqdim olunan internet resursların Qeydiyyatı prosesinin gedişi, Milli Net –ə daxil olan müraciət və şikayətlərlə bağlı məsələlər müzakirə olunub.

Müzakirələrdə millinet.az  saytında aparılan təkmilləşdirmələr haqqında məlumat verilib. Qeydiyyat prosesinin daha asan qurulması, istifadəçilərlə çevik informasiya münasibətlərinin qurulması istiqamətində atılan addımlar, saytların normal müzakirə mexanizminin yaradılması, ötən ilki iştirakçıların  millinet.az  -a  sərbəst daxil olmaq imkanlarının təmin edilməsi müsbət dəyərləndirilib.

Müsabiqənin gedişində aktivliyin  artırılması istiqamətində tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib. Bu istiqamətdə  populyar internet resurslarda məlumat-reklam işlərinin təşkili, bir sıra  qurumlara fərdi qaydada müraciətlərin edilməsi, bir sıra digər maarifləndirici tədbirlərin keçirilməsi vacib hesab olunub.

Müzakirələrdə istifadəçilar  tərəfindən Təşkilat Komitəsinə ünvanlanan müraciətlər, şikayətlər və təkliflərlə  bağlı məlumat dinlənilib.
Müsabiqəyə təqdim olunan bir  neçə resurs ətrafında aparılan onlayn müzakirələrin Qaydalar çərçivəsindən kənara çıxması qeyd olunub. Bir neçə iştirakçıya şərhlərin yazılması zamanı Qaydaların pozulması ilə  bağlı xəbərdarlıq  edildiyi bildirilib.
TK bu tip resurslarda  bəzi şərhlərin silinməsi və redaktəsi ilə bağlı atılan addımları düzgün qiymətləndirib. Müzakirələrdə yenidən edilən müraciətlər əsasında bir  sıra hallarda qeydiyyatdan keçən saytların Nominasiyalarında  dəyişikliklər  aparıldığı bildirilib.

Qeydiyyatından imtina edilən saytlarla bağlı Moderatorların məlumatları dinlənilib. Bu cür saytları təqdim edənlərlə Moderatorlar və TK  vasitəsilə intensiv yazışmaların aparıldığı, qeydiyyatından  imtina olunan saytların  bir çoxunda qüsurların aradan qaldırılmasından sonra yenidən müraciət əsasında təsdiqlənməsi haqqında məlumatlar  verildi. Müzakirələrdə xeyli sayda saytların hələlik qeydiyyatdan keçiməməsinin səbəbinin də Milli Net –in kodunun saytda yerləşdirilməməsi, Azərbaycan dilli versiyasının olmaması və zərərli informasiyaların saytda yer alması ilə  bağlı olduğu  vurğulanıb.

Müzakirələrdə Müsabiqənin daha uğurla və effektiv formada başa çatdırılması üçün Müsabiqə mərhələlərində müəyyən dəyişiklər edilməsi məqsədə uyğun hesab olunub.
Milli Net 2010 –nun Qeydiyyat prosesinin cari ilin 20 Noyabr tarixində yekunlaşdırılması nəzərdə tutulub. Təqdim olunan resursların Qiymətləndirmə prosesinin 20 Noyabr – 5 dekabr arasında  keçirilməsi və qaliblərin mükafatlandırılmasından ibarət olan yekun Təqdimat mərasiminin  dekabrın birinci ongünlüyündə keçirilməsi planlaşdırılıb.

Müsabiqəyə Delta Telecom, Azercell və HP şirkətləri tərəfindən dəstək verilir.


Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in