Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

01.10.2010

Milli Net 2010 qeydiyyat prosesi başlandı

Bu gündən başlayaraq Milli Net 2010 - a start verilib. Artıq Qeydiyyat prosesi gedir və Milli internet resurs sahibləri  saytlarını  və Layihələrini  Müsabiqəyə təqdim etməyə başlayıblar.

Milli Net Təşkilat Komitəsi əvvəlcədən məlumat  verildiyi kimi iştirakçıların Milli Net 2009 -da istifadə etdikləri istifadəçi adı və şifrənin yenidən  istifadəsinin mümkünlüyünü bildirib. Bu  gün hər bir istifadəçiyə ötən il sayta giriş üçün istifadə etdiyi loqin və şifrə xatırlatmaq üçün  bir daha onlara göndərilib.

Eyni zamanda Təşkilat Komitəsi tərəfindən 14 Nominasıyanın hər birisi üzrə izahedici açıqlama hazırlanıb və saytda yerləşdirilib.

Saytları və Layihələri təqdim edənlərin öz saytlarına  yerləşdirməsi  üçün müxtəlif ölçülü Milli Net 2010 loqoları hazırlanmış və onların kodları saytda yerləşdirilib. Öz resursunu Müsabiqəyə təqdim edənlərin bu loqoları saytlarında  yerləşdirməsi Əsanaməyə görə vacibdir.

Müsabiqəyə Delta Telecom, Azercell və HP şirkətləri tərəfindən dəstək verilir.

Milli Net
Təşkilatr Komitəsi
award@millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az