Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

12.12.2009

Milli Net -2009 Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçiriləcək

Milli Net Təşkilat Komitəsi bildirir ki, 18 dekabr tarixdə saat 18-də Ambassodor Otelində Milli Net -2009 un qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasimi keçiriləcək.

01 oktyabr 2009-cu il tarixdə başlanan Milli İnternet Mükafatı uğrunda  Müsabiqəyə 18 dekabrda yekun vurulacaq  və 11 Nominasiya üzrə qaliblərin adları açıqlanacaq.
 Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə
hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Eyni zamanda Nominallara Müsabiqənin Diplomlarının verilməsin  nəzərdə tutulub.

Məlum olduğu kimi hazırda 11 Nominasiya üzrə 63 Nominant arasında keçirilən səsvermənin 2-ci mərhələsi davam edir. Səsvermə  15 dekabr tarixdə başa  çatacaq.

Təqdimat mərasimində İnternet ictimaiyyətin nümayəndələrinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Nominantların hamısı Təqdimat mərasiminə dəvətlidir.
 
Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.

Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

Milli Net
Təşkilat Komitəsi
 www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in